
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) müxtəlif elm sahələri üzrə elmlər doktoru elmi dərəcələri təsdiqlənib.
AAK-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 18 elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almış iddiaçılara diplomlar təqdim olunub.
Belə ki, riyaziyyat və astronomiya elmləri üzrə 2, fizika üzrə 4, kimya üzrə 2, biologiya üzrə 4, aqrar elmlər üzrə 1, yer elmləri üzrə 1, texnika elmləri üzrə 7, iqtisad elmləri üzrə 7, tarix üzrə 5, fəlsəfə üzrə 2, filologiya üzrə 8, pedaqogika üzrə 3, psixologiya üzrə 1, sosiologiya üzrə 1, sənətşünaslıq üzrə 1, politologiya üzrə 1, nəşriyyat işi üzrə 1, milli təhlükəsizlik və hərb elmləri üzrə 1 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.
Eyni zamanda riyaziyyat və astronomiya üzrə 1, aqrar elmlər üzrə 1, texnika elmləri üzrə 3, iqtisad elmləri üzrə 3, tarix üzrə 2, filologiya üzrə 3, pedaqogika üzrə 1, psixologiya üzrə 1, sosiologiya üzrə 1 və nəşriyyat işi üzrə 1 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər