Bütün xəbərlər
18 avqust, 16:18

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşları Şərqi Zəngəzur iqtisadi bölgəsinə – Zəngilan, Qubadlı rayonlarına elmi ezamiyyədə olublar. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədqiqat ərazisilərində monitorinq keçirilib, bitki növlərinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müşahidələr aparılaraq meşə ərazilərinin inventarlaşdırılması və mövcud vəziyyətinin qiymətləndirilməsi, yerli torpaq-iqlim şəraitinə uyğun ağac-kol bitkilərinin seçilməsi istiqamətində elmi-tədqiqat işləri qismən yerinə yetirilib.

Qeyd edək ki,ekspedisiyanın aparılmasında məqsəd Zəngilan və Qubadlı rayonlarının torpaq, su, bitki örtüyü göstəricilərinin kompleks tədqiqinin həyata keçirilməsi, meşə ekosistemlərinin müasir fitosanitar vəziyyətinin təhlil edilməsi, tədqiqat ərazisinin dendroflorasına iqlim dəyişkənliyinin təsirinin öyrənilməsi, dendroloji mühitin bioekoloji xüsusiyyətləri və taksonomik tərkibinin araşdırılmasıdır.  

Tədqiqat aparılan ərazilərdə dendrofloranın müasir vəziyyəti və taksonomik tərkibinə dəymiş iqlim dəyişkənliyinin təsirini öyrənməklə, ərazidə yayılan oduncaqlı bitkilərin bioekoloji xüsusiyyətlərinin tədqiqi, təbii ehtiyatların azalması səbəbləri üzrə qismən müşahidələr aparılıb. Bitkilərin yayılma arealları, onların yaratdığı bitki formasiyalarının müəyyən edilməsi, antropogen və əlverişsiz iqlim amillərinin meşə fonduna təsirinin müqayisəli təhlilləri aparılaraq, təbii şəraitdə biomüxtəlifliyin populyasiya vəziyyəti, təbii floranın nadir növlərinin populyasiyalarında baş verən proseslərə iqlim dəyişkənliyinin təsiri üzrə elmi-tədqiqat işləri aparılıb.

Dendrologiya İnstitutunun alim və mütəxəssisləri həmçinin Zəngilan rayonu Rəzdərə kəndinin yaxınlığında, Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində dəniz səviyyəsindən 600-800 metr yüksəklikdə, antropogen mənşəli və qlobal iqlim dəyişkənliyi nəticəsində təbii floranın ayrı-ayrı növlərinin fizioloji xüsusiyyətlərini araşdıraraq, inkişaf mərhələlərini tədqiq ediblər və onlara təsir edən mühit amillərinin parametrləri haqqında məlumatlar toplayıblar. Tədqiqat ərazilərində havada və torpaqda temperatur, rütubət hədləri və havada CO2-nin, qarışıq zərərli qazların və aldehid birləşmələrinin miqdarının təyini aparılıb. Meşə sahəsində işıqlanma dərəcəsi, rütubət, temperatur, uçucu maddələr, aldehidlər və karbon qazının miqdarı xüsusi cihazlar vasitəsilə ölçülərək, laborator cihazları vasitəsilə havada karbon qazının (CO2) miqdarı (ppm), formaldehidin (HCHO) miqdarı (mg/m3), uçucu üzvi birləşmələrin (TVOC) ümumi miqdarı (mg/m3), işıq intensivliyi, havanın nisbi rütubəti, torpağın pH dəyəri və torpağın nəmliyi kimi parametrlər təhlil edilib.

Monitorinq zamanı Qubadlı rayonunun Sarıyataq kəndi yaxınlığında Həkəri çayı ətrafında olan meşə fitosenozunda, müşahidələr zamanı ağac-kol bitkilərində rast gəlinən zərərverici həşərat və xəstəlik törədicilərinə dair materiallar toplanılaraq, laboratoriya şəraitində ekzosklet hazırlamaq, zərərverici həşərat və xəstəlik törədicilərin növ tərkibini araşdırmaq, təhlillər aparmaq məqsədilə nümunələr əldə edilib.

Biomüxtəlifliyin genişləndirilməsi, genofondun bərpası istiqamətində, meşə sahələrinin bərpasında və davamlı istifadəsində Dendrologiya İnstitutunun təcrübə sahəsində alim və mütəxəssislər tərəfindən toxum, çiling vasitəsilə çoxaldılan dekorativ ağac və kol bitki kolleksiyasından istifadə etməklə, Zəngilan rayonu ərazisində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. 

Ekspedisiya zamanı laboratoriya əməkdaşları tərəfindən götürülmüş nümunələr üzərində təyin, təhlil və tədqiqatlar laboratoriya şəraitində davam etdirilir.

1 /3

Şərhlər

Xəbər lenti

18 avqust, 17:34

Ən çox hansı ixtisas üzrə oxuyanların kvalifikasiyası tanınmayıb?

18 avqust, 17:30

TKTA: Hacettepe və İstanbul universitetlərinin kvalifikasiyaları daha çox tanınıb

18 avqust, 17:22

Kanadada xarici tələbələr üçün iş saatları artırılır

18 avqust, 17:17

Türkiyədə əldə olunan kvalifikasiyaların neçə faizi tanınmayıb?

18 avqust, 17:10

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

18 avqust, 17:06

ADNSU tələbələri beynəlxalq yay düşərgəsində iştirak ediblər

18 avqust, 17:01

Qarabağ Universitetində keçirilən VII Türkoloji “Yay məktəbi” başa çatıb

18 avqust, 16:58

Rezidenturaya qəbul imtahanının nəticələri elan olunub

18 avqust, 16:55

Təhsil haqlarının artım səbəbi: Təhsil xərcləri, yoxsa iqtisadi şərtlər?

18 avqust, 16:45

Alimlər fundamental kvant qanununu ilk dəfə sübut etdilər

18 avqust, 16:24

Bağçalara müdir vəzifəsinə işə qəbul üçün elektron sənəd qəbulu başlayıb

18 avqust, 15:59

Mütaliəyə maraq göstərənlər üçün müsabiqə keçirilir

18 avqust, 15:55

MDU-da Gənclər Forumu keçirilib

18 avqust, 15:46

Nazirlikdən "Məktəb avtobusları" ilə bağlı AÇIQLAMA

18 avqust, 15:27

18 sahə üzrə 52 nəfərə elmlər doktoru dərəcəsi verilib

18 avqust, 15:25

Naxçıvanda tədqiqatçılar üçün elmi konfrans keçiriləcək

18 avqust, 15:07

KAIST alimləri RNA vasitəsilə yaşlanmanı ləngidən mexanizmi aşkar ediblər

18 avqust, 14:33

Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb – ARAŞDIRMA

18 avqust, 14:17

Vuhan Universitetində işıq texnologiyaları üzrə yeni elmi nailiyyət

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.