
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 21-26 iyul tarixlərində keçirilən “Kiber yay məktəbi 2025” beynəlxalq yay düşərgəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri – Adilə Cəfərova, Famil Gulmammadov və Fidan Allahverdiyeva fəal iştirak ediblər.
Artıq üçüncü dəfə baş tutan bu düşərgə kibertəhlükəsizlik sahəsinə maraq göstərən yeniyetmə və gənclər üçün unikal təcrübə mühitidir.
Altı gün ərzində iştirakçılar kibertəhlükəsizlik üzrə yerli və xarici mütəxəssislərdən təlimlər alıb, həmçinin master-klaslar və ekspertlərlə görüşlərdə iştirak ediblər.
Qeyd edək ki, düşərgənin məqsədi kibertəhlükəsizlik sahəsində istedadlı gənclərin üzə çıxarılması, onların ixtisaslaşmasına dəstək verilməsi, eləcə də ölkə daxilində və beynəlxalq səviyyədə dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər