
2019–2024-cü illər üzrə Türkiyənin ali təhsil müəssisələrindən alınan kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) 5327 müraciət daxil olub.
TKTA-dan “Azərbaycan müəllimi”nə verilən xəbərə görə, 2019–2024-cü illərdə Hacettepe Universiteti və İstanbul Universitetinin məzunlarından kvalifikasiyaların tanınması ilə bağlı 1050 müraciət daxil olub. Bu da 36 faiz olmaqla müsbət cavablandırılmış müraciətlərin ən çox hissəsini təşkil edib.
Qeyd edək ki, beynəlxalq reytinq sıralamasında ilk 1000-likdə yer alan universitetlərin məzunlarının kvalifikasiyaları daha etibarlı hesab olunur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər