
Vuhan Universitetinin Elektron informasiya fakültəsinin professoru Li Zhongyanq rəhbərliyindəki tədqiqat qrupu çiplər üzərində çoxölçülü işıq sahəsinin idarə olunması istiqamətində mühüm nəticələr əldə edib. Nəticələr nüfuzlu “Light: Science & Applications” və “Advanced Materials” jurnallarında dərc olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, birinci tədqiqatda alimlər dielektrik əsaslı superstrukturlardan istifadə edərək “topoloji xüsusi nöqtə” yaratmağa nail olublar. Bu üsul sayəsində işığın fazasının idarə olunması və yeni tip AR holoqrafik təsvirlərin qurulması mümkün olub. Ən önəmlisi isə budur ki, bu yanaşma metal materiallarda rast gəlinən enerji itkisini aradan qaldırır və gələcək optik yaddaş, məlumat mühafizəsi və displey texnologiyalarında tətbiq oluna bilər.
"Diffraction-Order Decoupling ilə Gücləndirilmiş Çoxölçülü Şifrəli Meta-Optik Saxlama" adlı məqalə “Advanced Materials” jurnalında üz qabığı məqaləsi kimi təqdim olunub. Burada komanda işığın çoxölçülü parametrlərini (sıra, qütblənmə, dalğa uzunluğu, istiqamət) eyni anda kodlaşdırmağa imkan verən yeni metod işləyib hazırlayıb. Bu texnologiya ilə 16 kanallı holoqrafik təsvirlərin şifrələnməsi mümkün olub. Alimlər bildirirlər ki, belə yanaşma məlumatların təhlükəsiz saxlanması, çoxölçülü açar sistemi və yüksək həcmli yaddaş üçün böyük imkanlar açır.
Layihə Çinin Milli Açar Ar-Ge Proqramı və Milli Təbiət Elmləri Fondu tərəfindən dəstəklənib.
Alidə Məmmədova,
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər