Bütün xəbərlər
18 avqust, 11:15

Ali təhsil sistemində tələbələrin motivasiyasını artırmaq, sosial rifahını yaxşılaşdırmaq və akademik nailiyyətlərini yüksəltmək məqsədilə müxtəlif maliyyə dəstək mexanizmləri tətbiq olunur. Bu təşəbbüslər gənclərin təhsilə marağını artırmaqla yanaşı, universitetlərdə sağlam rəqabət mühitinin formalaşmasına da xidmət edir. 

Sağlam rəqabət və inkişaf üçün stimul – region universitetləri nələr vəd edir?

Region universitetləri də bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirir.

Bəs region universitetləri hansı stimullaşdırıcı tədbirlər həyata keçirir və onlar ali təhsilin inkişafına necə təsir edir?

“Azərbaycan müəllimi”nin apardığı kiçik araşdırmaya görə, region ali məktəblərindən biri olan Gəncədəki Azərbaycan Texnologiya Universiteti (ATU) tələbələrin sosial təminatı və rəqabət mühitinin gücləndirilməsi məqsədilə müxtəlif təqaüd proqramları tətbiq edir. Burada dövlət təqaüdlərindən kənarda qalan tələbələr üçün “Rektor” təqaüdü təsis olunub. Yeni tədris ilindən bu təqaüdün məbləği artırılaraq I yer üzrə 140, II yer üzrə 120, III yer üzrə isə 100 manat müəyyən edilib.

Bundan əlavə, sənaye müəssisələrinin dəstəyi ilə hər semestr ən yüksək göstəriciyə malik iki tələbə 100 manat təqaüd qazanır. Universitet həmçinin qəbul imtahanında yüksək bal toplayan abituriyentlər üçün əlavə dəstək proqramı tətbiq edir. Beləliklə, bir tələbə eyni vaxtda bir neçə mənbədən dəstək ala və yekunda 400–500 manat arasında aylıq təqaüd əldə edə bilir.

Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) də aqrar ixtisaslarda kadr hazırlığını gücləndirmək məqsədilə tələbələrə dövlət və əlavə təqaüdlər təqdim edir. Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə aqrar ixtisaslara marağı artırmaq üçün qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlərə xüsusi dəstək nəzərdə tutulur.

Elmi Şuranın qərarına əsasən, 400–600 bal toplayan tələbələr 150 manat, 600 və daha çox bal toplayanlar isə 250 manat əlavə təqaüd alırlar. Bundan başqa, qeyri-aqrar ixtisaslara 600 və daha çox balla qəbul olunan tələbələrə 150 manat, 400–600 balla qəbul olanlara isə 100 manat əlavə təqaüd ödənilir.

“Akademik göstəricilərə əsaslanan təqaüdlər tələbələri davamlı öyrənməyə təşviq edir”

ATU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Sahil Həmidov “Azərbaycan müəllimi”nə deyib ki, təqaüd və maliyyə dəstək mexanizmləri tələbələrin təhsilə marağını artırmaqla yanaşı, rəqabət mühitini gücləndirir: “Akademik göstəricilərə əsaslanan təqaüdlər tələbələri davamlı öyrənməyə təşviq edir və bilik səviyyəsini yüksəldir. Sənaye müəssisələrinin verdiyi təqaüdlər universitet–iş dünyası əməkdaşlığını möhkəmləndirir, məzunların əmək bazarına uyğunlaşma sürətini artırır”.

Sahil Həmidov əlavə edib ki, təqaüdlər yalnız maliyyə yükünü azaltmır, həm də tələbələrin bilik və bacarıqlarını davamlı inkişaf etdirməsi üçün motivasiya yaradır. Bu təşəbbüslər nəticəsində gənclər daha çox öyrənməyə, nailiyyət əldə etməyə və gələcəkdə peşəkar kadr kimi formalaşmağa çalışırlar.

“Tələbələr təqaüd qazanmaq üçün daha yaxşı nəticələr əldə etməyə çalışırlar”

Ali təhsil eksperti, Təhsil İnstitutunun doktorantı Çingiz Baxşıyevin fikrincə, təqaüd proqramları tələbələrin akademik nailiyyətlərinə birbaşa təsir göstərir: “Tələbələr təqaüd qazanmaq üçün daha yaxşı nəticələr əldə etməyə çalışırlar. Bu isə dolayı yolla təhsilin keyfiyyətinə müsbət təsir edir. Əsas məsələ odur ki, rəqabət şəffaf meyarlara əsaslansın və akademik göstəricilər üzərində qurulsun. Bu halda tələbələr arasında sağlam rəqabət mühiti formalaşır”.

Ekspert əlavə edir ki, tələbələrin universitet seçiminə təsir edən amillər arasında nüfuz, infrastruktur, akademik heyətin peşəkarlığı, sosial imkanlar və məzunların gələcək perspektivləri ön plana çıxır: “Paytaxt universitetləri bu baxımdan daha cəlbedici görünür. Amma region universitetləri də əlavə imkanlar təqdim etməklə abituriyentlər üçün maraqlı ola bilər”.

Çingiz Baxşıyev savadlı və yüksək balla universitetə qəbul olan tələbələrin bilik səviyyəsini daha da artırmaq üçün regionlarda mövcud müəllim kadr potensialının kifayət qədər olduğunu bildirir: “Sadəcə onların sayının artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi mütəmadi təlimlər və kurslar vasitəsilə dəstəklənməlidir”.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 12:43

Nazir Şuşada “Bilik günü”ndə iştirak edib 

15 sentyabr, 12:19

Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib 

15 sentyabr, 12:07

İdris İsayev: İstərdik ki, özəl şirkətlərimiz məktəb tikintisində aktiv iştirak etsin

15 sentyabr, 11:56

Nazir müavini: Son 20 ildə 3 500-dən çox məktəb yenidən inşa olunub

15 sentyabr, 11:42

“Rəqəmsal savadlılıq” mövzusunda təlimlər davam edir

15 sentyabr, 11:29

Güclü geomaqnit qasırğası müşahidə olunur

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” – FOTOLAR

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 sentyabr, 10:25

Sağlam qidalanma mədəniyyəti

15 sentyabr, 10:22

Yeni salınacaq Qaraxanbəyli kəndində 2 məktəb və 3 uşaq bağçasının inşası planlaşdırılır

15 sentyabr, 10:10

Nazir müavini: Təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır

15 sentyabr, 09:55

Azərbaycanın 10 milyonuncu sakini məktəbə başladı – FOTOLAR

15 sentyabr, 09:51

MDU-da müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

15 sentyabr, 09:47

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq müzakirə olunub

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

15 sentyabr, 09:37

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.