
KAIST-in Biologiya kafedrasının professoru İ.Seunqcaenin rəhbərlik etdiyi tədqiqat qrupu ribosom keyfiyyətinə nəzarət edən “PELOTA” zülalının yaşlanma prosesini yavaşlatdığını və ömrü uzada biləcəyini göstərib. Bu kəşf gələcəkdə insanlarda yaşlanma və neyrodegenerativ xəstəliklərin müalicəsi üçün yeni imkanlar açır.
“Azərbaycan müəllimi” xəbər verir ki, əvvəllər mRNT yalnız zülal sintezi üçün ara məhsul hesab edilirdi. Lakin tədqiqat göstərib ki, RNA-nın keyfiyyətinə nəzarət sistemi hüceyrə sağlamlığı və ömrün uzunluğu üçün vacibdir. Nematod qurdları üzərində aparılan təcrübələrdə PELOTA-nın aktivləşdirilməsi qurdların ömrünü uzadıb, əksinə çatışmazlığı yaşlanmanı sürətləndirib.
Tədqiqat həmçinin göstərib ki, PELOTA mTOR siqnal ötürülməsi və avtofagiya (hüceyrələrin özünü təmizləmə prosesi) ilə sıx bağlıdır. PELOTA aktiv olduqda mTOR fəaliyyəti tənzimlənir və avtofagiya stimullaşdırılır, nəticədə hüceyrə tarazlığı qorunur və yaşlanma yavaşıyır.
Ən önəmlisi odur ki, bu mexanizm siçan və insanlarda da qorunub, PELOTA-nın çatışmazlığı əzələ yaşlanması və Altsheymer xəstəliyi ilə bağlı problemlərə səbəb ola bilər.
Professor İ.Seunqcae bildirib: “İndiyədək DNA və zülal səviyyəsində keyfiyyətə nəzarətin yaşlanmaya təsiri məlum idi. Bizim tədqiqatımız isə ilk dəfə göstərdi ki, RNA səviyyəsində keyfiyyət nəzarəti də ömür uzunluğunun əsas mexanizmlərindən biridir”.
Araşdırma PNAS jurnalında dərc olunub və gələcəkdə yaşlanma və neyrodegenerativ xəstəliklərin müalicəsi üçün yeni yanaşmalara yol açacağı gözlənilir.
Alidə Məmmədova,
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər