
Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və "İşıqlı Gələcək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gənclər Forumu keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir gənclərin ictimai fəallığını və inkişafını təşviq etmək məqsədi daşıyıb.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, NAYORA-nın baş katibi Nərminə Hüseynzadə, Mingəçevir Gənclər Evinin direktoru vəzifəsini icra edən Eşqin Məmmədov və "İşıqlı Gələcək" İctimai Birliyinin sədri Samrin Xanlayev çıxış ediblər.
Anar Eminov çıxışında gənclərin təkcə akademik deyil, həm də sosial bacarıqlarının inkişafının vacibliyini qeyd edib. O, gənclərin fəal ictimai həyata qoşulması, komanda işi və liderlik keyfiyyətlərinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Aydın Mirzəzadə isə vətəndaşlıq anlayışına diqqət çəkərək gənclərin ölkənin sosial-siyasi həyatında fəal iştirakının vacibliyini bildirib və təhsilin vətəndaş məsuliyyətinin formalaşmasındakı rolunun böyük olduğunu qeyd edib.
Forumda keçirilən panel müzakirələrdə təhsilin vətəndaş məsuliyyəti, fəal vətəndaşlığın təşviqi və gənclərin ictimai təşəbbüslərdə iştirakı kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin ikinci günündə "Fəal Gənc Akademiyası" çərçivəsində gənclər üçün sosial fəallıq, liderlik, komanda işi və karyera planlaması mövzularında təlimlər keçirilib.
1 /13
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər