Bütün xəbərlər
18 avqust, 11:29

Növbəti tədris ilində daha 19 azərbaycanlı gənc “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində doktorantura təhsili alacaq.

“Azərbaycan müəllimi”nin məlumatına görə, gənclərin doktorantura təhsili üçün üz tutduğu ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı üstünlük təşkil edir. Bundan başqa, Türkiyə, İsveçrə və Avstraliya doktorantura təhsili üçün seçilən ölkələr sırasındadır.

Proqram iştirakçıları dünyanın nüfuzlu universitetlərində əsasən aşağıdakı ixtisaslarda təhsil alacaqlar:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı

London Kraliça Meri Universiteti (Queen Mary University of London) – “Tibb mühəndisliyi”, “Kompüter elmləri”

Birmingem Universiteti (University of Birmingham) – “İnşaat mühəndisliyi”, “Kimya”

Oksford Universiteti (University of Oxford) – “Yer elmləri”, “Riyaziyyat”, “Regionşünaslıq (Rusiya və Şərqi Avropa)”

Qlazqo Universiteti (University of Glasgow) – “Təhsil”, “Yer elmləri”, “Kompüter elmləri”

Şeffild Universiteti (University of Sheffield) – “Materialşünaslıq və mühəndislik”

Bristol Universiteti (University of Bristol) – “Kimya”

Kembric Universiteti (University of Cambridge) – “Təhsil”

Mançester Universiteti (University of Manchester) – “Molekulyar biologiya”

Sauthempton Universiteti (University of Southampton) – “Təhsil”

London Universitet Kolleci (University College London, UCL) – “İnşaat, ekoloji və geoinformasiya mühəndisliyi”

Türkiyə 
İstanbul Universiteti (Istanbul University) – “Kimya”

İsveçrə
Sürix Ali Texniki Məktəbi (ETH Zurich) – “Kompüter elmləri”

Avstraliya
Sidney Universiteti (University of Sydney) – “İnşaat mühəndisliyi”

Qeyd edək ki, ümumilikdə növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində 500 gənc dünyanın nüfuzlu universitetlərində təhsil alacaq. Onların 125 nəfəri bakalavriat, 356 nəfəri magistratura, 19 nəfəri isə doktorantura səviyyəsində təhsilini xaricdə davam etdirəcək.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.