Bütün xəbərlər
18 avqust, 12:21

UNESCO-nun Pekində keçirilən “Qlobal ağıllı təhsil” konfransında təqdim etdiyi yeni hesabat Şərqi Asiyada təhsilin rəqəmsal transformasiyasında məktəb rəhbərlərinin əhəmiyyətini vurğulayır.

“Azərbaycan müəllimi” xəbər verir ki, GEM Hesabatının direktoru Manos Antoninis texnologiyanın sürətli inkişafı fonunda təhsil siyasətində insan amili ön planda saxlanmalıdır deyə bildirib:

“Məktəb rəhbərləri bu prosesdə əsas rola malikdirlər. Onları dəstəkləmək ölkələrin rəqəmsal təhsili şagirdyönümlü və davamlı şəkildə qurmasına imkan verəcək.”

Hesabatda qeyd olunur ki, Çin, Yaponiya və Cənubi Koreya təhsilin rəqəmsallaşdırılmasını milli inkişaf strategiyalarının əsas hissəsinə çeviriblər. Məsələn, Çin 2030-cu ilə qədər bütün məktəblərdə süni intellekti tətbiq etməyi planlaşdırır, Yaponiyada isə 2020-ci ildə cəmi 8% məktəbdə istifadə olunan rəqəmsal dərsliklər bu il 88%-ə çatıb. Koreya isə 2028-dək tam süni intellekt əsaslı dərsliklərə keçəcək.

Hesabat məktəb və sistem rəhbərlərinə müstəqillik, aydın siyasət çərçivəsi və xüsusi təlimlər verilməsinin vacibliyini önə çəkir. Bununla yanaşı, təhsil müəssisələrinin əlavə texniki heyətlə dəstəklənməsi, məlumatların təhlükəsiz istifadəsi və platformaların vahid sistemdə birləşdirilməsi tövsiyə olunur.

UNESCO xəbərdarlıq edir ki, rəqəmsallaşma bərabər imkanların təmin olunmadığı halda mövcud təhsil uçurumlarını daha da dərinləşdirə bilər. Buna görə də ölkələr təcrübə mübadiləsi, məlumatların düzgün idarə olunması və liderlərin qərarvermə prosesində fəal iştirakı üzərində dayanmalıdırlar.

Alidə Məmmədova,
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı

Şərhlər

Xəbər lenti

18 avqust, 14:33

Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb – ARAŞDIRMA

18 avqust, 14:17

Vuhan Universitetində işıq texnologiyaları üzrə yeni elmi nailiyyət

18 avqust, 14:13

Kollecdən ali təhsilə açılan qapı: Təhsildə “subbakalavr” dövrü

18 avqust, 13:44

Müəllimlər hazırlıqlı olanda məktəblər inkişaf edir, şagird nailiyyətləri artır – Andreas Şleyxer

18 avqust, 13:01

Sabahın hava proqnozu açıqlanıb

18 avqust, 12:42

Xarici məktəblərdə süni intellekt inqilabı

18 avqust, 12:40

Süni intellekt saxta məqalələr yazır – koreyalı professor 

18 avqust, 12:24

Lənkəran-Astara regionunda 7 yeni məktəb binası tikilir 

18 avqust, 12:03

"Yenilənən məktəblər": Zaqatala rayonu O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbi – FOTOLAR

18 avqust, 11:29

DP çərçivəsində doktorantura təhsili alanların üstünlük verdiyi ixtisaslar – SİYAHI

18 avqust, 11:15

Region universitetlərində təhsilə təqaüdlə dəstək: Tələbələrə necə motivasiya verilir?

18 avqust, 10:29

Ali təhsil müəssisələrinə ixtisas seçimi yekunlaşır

18 avqust, 10:06

EATDA və “Elsevier” şirkətinin nümayəndələri arasında görüş keçirilib

18 avqust, 10:05

Daha 3 RFO qalibi Qarabağ Universitetində təhsil alacaq 

18 avqust, 09:45

Azərbaycanda ilk dəfə rezidentlər donuz üzərində əməliyyat apardılar

18 avqust, 09:33

Təhsil alanların emosional reallığı önəmlidir

17 avqust, 12:19

Ekspert: Müəllimlərdən əvvəl onları hazırlayan müəllimlər sertifikasiya olunmalıdır

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.