Bütün xəbərlər
18 avqust, 09:45

Ölkəmizdə ilk dəfə olaraq rezidentlərimiz üçün donuz modelində Laparoskopik Uroloji və Ginekoloji kurs təşkil edilib. Azərbaycan Tibb Universiteti və Azərbaycan Endouroloji Cəmiyyəti tərəfindən uğurla keçirilən kursda “Urologiya” və “Ginekologiya” ixtisası üzrə təhsil alan 10-a yaxın rezident iştirak edib. Kursa professor Rauf Nağıyev və Həkim Raxşəndə Əliyeva rəhbərlik ediblər.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, donuz modeli üzərində laparoskopik kurslar hazırda dünyanın bir çox qabaqcıl tibbi təlim mərkəzlərində – ABŞ-nin Mayo Clinic, Cleveland Clinic, Harvard Medical School kimi iri universitet xəstəxanalarında, Almaniya, Fransada tətbiq edilir. Həmçinin İspaniya, İtaliya, Avstriya və İsveçdə, Türkiyənin tibbi universitetlərdə və xüsusi simulyasiya mərkəzlərində donuz modeli ilə uroloji və ginekoloji kurslar tədris olunur. Bu üsul Yaponiya, Cənubi Koreya, Çin və Hindistanda həm dövlət universitetlərinin, həm də özəl tibbi tədris mərkəzlərinin proqramına daxildir.

Təlim zamanı laborator şəraitdə canlı və ya kadavrik donuz üzərində laparoskopik (minimal invaziv) əməliyyatların öyrədilməsi nəzərdə tutulur. Bu metod həm cərrahların ilkin bacarıqlar qazanması, həm də təcrübəli həkimlərin yeni texnologiya və üsullara adaptasiyası üçün geniş istifadə olunur.

Donuz anatomiyasının insanın genito-urinar sisteminə və qarın boşluğu anatomiyasına müəyyən oxşarlıqları olduğuna görə bu, təlimi daha real və faydalı edir. Həmçinin gənc cərrahlar və rezidentlər ilk təcrübələrini birbaşa insanda deyil, heyvan modelində sınayaraq bacarıq qazanırlar. Təlim zamanı əl bacarıqları inkişaf etdirilir, endoskopik alətlərin istifadəsi, kameranın idarəsi, disseksiya, tikiş qoyma və qanaxmanın idarəsi kimi incə texnikaları öyrədilir. Digər tərəfdən, yeni texnologiyalara (robotik cərrahiyyə, 3D laparoskopiya) adaptasiya baxımından da əhəmiyyətlidir.

Dünyanın müxtəlif ölkələrində bu kurslarda iştirak ödənişli olsa da, Bakıda rezidentlər üçün pulsuz təşkil edilib. Gələcəkdə də bu kursların bir neçə donuz modeli və daha çox iştirakçı sayı ilə ATU rezidentləri üçün yenidən təşkil olunacağı planlaşdırılır.

1 /5

Şərhlər

Xəbər lenti

18 avqust, 14:33

Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb – ARAŞDIRMA

18 avqust, 14:17

Vuhan Universitetində işıq texnologiyaları üzrə yeni elmi nailiyyət

18 avqust, 14:13

Kollecdən ali təhsilə açılan qapı: Təhsildə “subbakalavr” dövrü

18 avqust, 13:44

Müəllimlər hazırlıqlı olanda məktəblər inkişaf edir, şagird nailiyyətləri artır – Andreas Şleyxer

18 avqust, 13:01

Sabahın hava proqnozu açıqlanıb

18 avqust, 12:42

Xarici məktəblərdə süni intellekt inqilabı

18 avqust, 12:40

Süni intellekt saxta məqalələr yazır – koreyalı professor 

18 avqust, 12:24

Lənkəran-Astara regionunda 7 yeni məktəb binası tikilir 

18 avqust, 12:21

Məktəb rəhbərlərinin rolu rəqəmsal təhsildə getdikcə daha vacib olur – UNESCO hesabatı

18 avqust, 12:03

"Yenilənən məktəblər": Zaqatala rayonu O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbi – FOTOLAR

18 avqust, 11:29

DP çərçivəsində doktorantura təhsili alanların üstünlük verdiyi ixtisaslar – SİYAHI

18 avqust, 11:15

Region universitetlərində təhsilə təqaüdlə dəstək: Tələbələrə necə motivasiya verilir?

18 avqust, 10:29

Ali təhsil müəssisələrinə ixtisas seçimi yekunlaşır

18 avqust, 10:06

EATDA və “Elsevier” şirkətinin nümayəndələri arasında görüş keçirilib

18 avqust, 10:05

Daha 3 RFO qalibi Qarabağ Universitetində təhsil alacaq 

18 avqust, 09:33

Təhsil alanların emosional reallığı önəmlidir

17 avqust, 12:19

Ekspert: Müəllimlərdən əvvəl onları hazırlayan müəllimlər sertifikasiya olunmalıdır

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.