Bütün xəbərlər
17 avqust, 12:19

"Müşahidələr göstərir ki, staj üçün dərslərdə iştirak edən müəllim namizədləri, yəni pedaqoji fakültələrin tələbələri o qədər də hazırlıqlı deyillər. Hazırlıqlı olmamaları ilə yanaşı, daha pisi odur ki, öyrənmək üçün həvəsli də deyillər. Belə görünür ki, ixtisaslarını həvəssiz seçiblər".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu təhsil mütəxəssisi Yalçın İslamzadə sosial şəbəkə hesabında yazıb.

"Fəaliyyətə başladıqdan sonra müəllimlər sertifikasiya olunacaqlar. Halbuki, həmin müəllimlərə hansı mövzuları necə öyrədiblərsə, onlar da elə öyrəniblər. Verdikləri imtahanlar universitetdəki müəllimlərinin tərtib etdikləri suallardır. Müəllimlərdən əvvəl müəllimlərə dərs keçən müəllimlər sertifikasiya olunmalıdırlar. Çünki gənc müəllimin öz-özünə çatışmayan bilik və bacarıqları müəyyən edib, öz üzərində işləməsi elə də asan proses deyil.

Pedaqoji fakültələrin müəllimlərinin yaş ortalaması neçədir? Neçəsi təhsil sahəsindəki yenilikləri oxuyub-öyrənəcək dərəcədə xarici dil bilir? Təbiət fənləri, riyaziyyat, ümumi təhsilə dair tanınmış jurnalların hansına abunədirlər? Universitet kitabxanası son 20-30 ildə həndəsi silsilə ilə artan təhsil tədqiqatlarını əks etdirən kitabları alırmı? 

Keçdikləri dərslər nə qədər effektivdir? Bu il universitetə başlayacaq bir tələbə dərs keçdikləri kitablarla tanış olmaq istəyir. Üçüncü kursda oxuyan başqa tələbə deyir ki, "Dərslik yoxdur. Müəllim mühazirə yazdırır, biz də ordan öyrənirik". Başqa bir müəllimin axşamlar votsap qrupuna uzun-uzadı əlyazısı mətnlər göndərdiyi məlumdur. 

Nə üçün beynəlxalq tədrisdə etibar qazanmış dərsliklərdən istifadə olunmur? X müəllimin 30 ildir əlyazısı ilə paylaşdığı mühazirələri nə qədər aktualdır? Əzbərləməkdən başqa koqnitiv fəaliyyətlər də tələb edir?

1-ci kursların kimya dərsləri üçün Raymond Chang, riyaziyyat dərsləri üçün James Steward, iqtisad dərsləri üçün Lipsey & Courant kimi müəlliflərin sınanmış dərslikləri var. Douglas Giancolinin "Fizika, prinsiplər və tətbiqlər" kitabı həm konseptual yanaşmanı, həm də fizikanın digər sahələrdə tətbiqini uğurla əks etdirir. Bu kitabı tərcümə etmək o qədər çətin olmamalıdır. 

Heç bir mühazirə belə dərsliklərlə izah dərinliyi və əhatəlilik, vizuallıq, fənni digər kontekstlərlə əlaqələndirmək və dərin suallar soruşmaq baxımından rəqabət apara bilməz.

Kitabxana, sahənin qabaqcıl jurnallarına abunəlik yaxşı təhciz olunmuş laboratoriyalar, tərcümə olunmuş ədəbiyyat yoxdursa, universitetlər təhsil haqqını niyə artırırlar? Artırırlarsa niyə investisiyaya istiqamətləndirmirlər?", - deyə ekspert vurğulayıb.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

15 sentyabr, 13:08

“Bilik günü”nü yeni məktəblərində qeyd etdilər

15 sentyabr, 13:07

Firudin Qurbanov: Təhsil sahəsində dövlətin siyasəti lazımi səviyyədə həyata keçirilir

15 sentyabr, 13:01

Məleykə Abbaszadə "Bilik günü" münasibətilə təbrik ünvanlayıb

15 sentyabr, 12:43

Nazir Şuşada “Bilik günü”ndə iştirak edib 

15 sentyabr, 12:19

Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.