
Elmi fəaliyyətlə məşğul olan müəssisələrdə elmmetrik alətlərin tətbiqi, data əsaslı qərarvermə vərdişlərinin təkmilləşdirilməsinə və elmmetriya üzrə əməkdaşların analitik bacarıqlarının optimallaşdırılmasına dəstək məqsədilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Elsevier” şirkətinin nümayəndəsi arasında görüş keçirilib.
Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova universitetlərimizin qlobal reytinq göstəricilərindəki yüksəlişində bu tip təşəbbüslərin mühüm rol oynayacağını vurğulayıb. Şirkətin region üzrə meneceri Yasemin Solay isə “Elsevier”in elmmetrik və analitik həlləri barədə ətraflı təqdimatla çıxış edib.
Görüş zamanı Azərbaycanın ali təhsil müəssisələrinin mövcud akademik vəziyyəti, inkişaf potensialı, eləcə də qısa və uzunmüddətli akademik hədəfləri müzakirə olunub.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər