
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində şagirdlərin rahat və təhlükəsiz daşınması məqsədilə “Məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdə tutulur.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, layihənin ilk mərhələsində Bakı şəhərində müəyyən məktəblərdə pilot tətbiq həyata keçiriləcək.
Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən ilkin layihə hazırlanır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər