Bütün xəbərlər
18 avqust, 16:58

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

DİM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 603 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 585 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 19-u günün ikinci yarısından etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.

Rezidenturaya qəbul olunanlar 21 - 28 avqust (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi  internet saytında veriləcək.

Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi  internet saytında veriləcək.

Şərhlər

Xəbər lenti

18 avqust, 17:34

Ən çox hansı ixtisas üzrə oxuyanların kvalifikasiyası tanınmayıb?

18 avqust, 17:30

TKTA: Hacettepe və İstanbul universitetlərinin kvalifikasiyaları daha çox tanınıb

18 avqust, 17:22

Kanadada xarici tələbələr üçün iş saatları artırılır

18 avqust, 17:17

Türkiyədə əldə olunan kvalifikasiyaların neçə faizi tanınmayıb?

18 avqust, 17:10

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

18 avqust, 17:06

ADNSU tələbələri beynəlxalq yay düşərgəsində iştirak ediblər

18 avqust, 17:01

Qarabağ Universitetində keçirilən VII Türkoloji “Yay məktəbi” başa çatıb

18 avqust, 16:55

Təhsil haqlarının artım səbəbi: Təhsil xərcləri, yoxsa iqtisadi şərtlər?

18 avqust, 16:45

Alimlər fundamental kvant qanununu ilk dəfə sübut etdilər

18 avqust, 16:24

Bağçalara müdir vəzifəsinə işə qəbul üçün elektron sənəd qəbulu başlayıb

18 avqust, 16:18

Alim və tədqiqatçılar Şərqi Zəngəzur iqtisadi bölgəsində ekspedisiyada olublar

18 avqust, 15:59

Mütaliəyə maraq göstərənlər üçün müsabiqə keçirilir

18 avqust, 15:55

MDU-da Gənclər Forumu keçirilib

18 avqust, 15:46

Nazirlikdən "Məktəb avtobusları" ilə bağlı AÇIQLAMA

18 avqust, 15:27

18 sahə üzrə 52 nəfərə elmlər doktoru dərəcəsi verilib

18 avqust, 15:25

Naxçıvanda tədqiqatçılar üçün elmi konfrans keçiriləcək

18 avqust, 15:07

KAIST alimləri RNA vasitəsilə yaşlanmanı ləngidən mexanizmi aşkar ediblər

18 avqust, 14:33

Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb – ARAŞDIRMA

18 avqust, 14:17

Vuhan Universitetində işıq texnologiyaları üzrə yeni elmi nailiyyət

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.