
Kanadada beynəlxalq tələbələrin dərs ili ərzində həftəlik iş saatı 20-dən 30-a yüksəldilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu qərar ölkənin İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Departamenti (IRCC) tərəfindən qəbul olunub.
Qeyd edək ki, indiyədək tələbələr dərs ili dövründə yalnız 20 saat işləyə bilirdilər. Yalnız qış tətili, oxu həftəsi kimi akademik fasilələrdə onlara tam iş günü işləməyə icazə verilirdi.
Yeni qaydaya əsasən, iş saatlarının artırılmasından yalnız müəyyən kateqoriyadan olan tələbələr yararlana biləcəklər. Belə ki, onlar mütləq Kanadadakı ali məktəbdə əyani formada təhsil almalı və təhsil icazələrində “Kampusdan kənarda işləmək hüququ” barədə qeyd olmalıdır.
Xatırladaq ki, bu siyasət ilk dəfə 2022-ci ilin oktyabrında elan edilmiş və həmin tarixdən etibarən təhsil icazəsinə müraciət edən tələbələr də güzəştdən yararlana bilmişdilər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər