
Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “BilBacar” müsabiqəsinin final mərhələsi başa çatıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, final mərhələsində hər sinif üzrə 150 nəfər olmaqla ümumi 450 şagird iştirak edib. Şagirdlər 150 dəqiqə ərzində riyaziyyat, oxu və təbiət fənləri üzrə hər biri 20 sual olmaqla, ümumilikdə 60 sual cavablandırıblar.
Qeyd edək ki, hər sinif üzrə 3 nəfər birinci yerə, 6 nəfər 2-ci yerə və 9 nəfər 3-cü yerə layiq görüləcək.
2024-cu ilin oktyabr ayından start verilən müsabiqədə respublikanın 2000-ə yaxın ümumi təhsil müəssisəsinin VIII, IX və X siniflərindən 170 000-ə yaxın şagird iştirak edib.
Şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq və eyni zamanda, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etmək məqsədilə həyata keçirilən müsabiqənin mükafatlandırma tədbiri yaxın günlərdə keçiriləcək.
1 /14
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər