Bütün xəbərlər
5 iyun, 10:30

Xəbər verdiyimiz kimi, 2024-2025-ci tədris ili üzrə qəbul imtahanlarında kənd rayonlarının bəzi məktəbləri bir neçə fənn üzrə əldə etdikləri yüksək nəticələrə görə ölkənin seçilən təhsil müəssisələrindən olublar. 

Onlardan 3-ü Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsidir.

"Azərbaycan müəllimi" yüksək göstəricilərinə görə xüsusi fərqlənən məktəblərin müəllimləri ilə görüşüb.

“Güclü potensiala malik kollektivlə çalışıram”

İlk olaraq kimya fənni üzrə fərqlənən Biləsuvar rayonu Aydın Həsənov adına Bağbanlar kənd tam orta məktəbinə yollanırıq. Məktəbin kimya müəllimi Aytən Eyvazovanın sözlərinə görə, 2008-ci ildən bu məktəbdə fəaliyyət göstərir:

"Məktəbimizin ön sıralarda olması mənim üçün qürurvericidir. Əsas məqsəd şagirdlərə doğru istiqamət vermək, onları stimullaşdırmaq, fikirlərinə hörmətlə yanaşıb marağını nəzərə almaq lazımdır. Bacardığım qədər hər şagirdə fərdi yanaşaraq dəstək oluram. RFO-da və RFM-də uğur qazanan şagirdlərim çox olub. Güclü potensiala malik kollektivlə çalışıram. Məqsədimiz gələcəyə ümidlə baxan vətənpərvər ruhlu şagirdlər yetişdirməkdir".

“Hər uşağı öz ritmi ilə inkişaf etdirməliyik”

Daha bir müsahibimiz fizika fənni üzrə fərqlənən Neftçala rayonu Ağaşirin Cəfərov adına Astanlı kənd tam orta məktəbin müəllimi Pikə Ağaverdiyevadır. Pikə müəllim 2008-ci ildən fizika fənni üzrə pedaqoji fəaliyyətə başlayıb:

"2021-ci ildən məktəbin tədris işləri üzrə direktor müavini işləyirəm. Mənim üçün müəllimlik sadəcə peşə deyil, nəfəs aldığım, rahat olduğum bir həyat tərzidir. Mən şagirdlərə yalnız fizika elminin dərinliyini deyil, onlara insan olmağı öyrətməyə çalışıram. Onlarla şagirdimi bu peşəyə sahib olmağı öyrətməyə çalışmışam. Əgər öyrətdiyim hər bir şagirdin yaddaşında qalmışımsa, bu mənim üçün fəxr və qürurdur. İndiyə kimi yetirmələrimin mühüm vəzifələrdə çalışmaları mənim üçün çox sevindirici haldır. Bu peşəyə marağım uşaqlıqdan yaranıb. Şagird olanda həmişə müəllimlərimə böyük hörmət bəsləyirdim. Hələ məktəbdə oxuyarkən onların şagirdlərə göstərdiyi qayğı, tədrisə marağı artırması, eyni zamanda, hazırda məktəbimizin direktorunun müəllimlərə verdiyi stimul bizim fənnimizə qarşı sevginin daha da artmasına səbəb olub. Hər şagirdin fərdi xüsusiyyətlərinə bələd olmaq və onun potensialını vaxtında hiss etmək əsasdır. Hamıya eyni yanaşmaq düzgün deyil, hər uşaq fərqli olduğuna görə onları öz ritmi ilə inkişaf etdirməliyik. Mən bütün müəllimlərə səbirli olmağı, şagirdlərinə fənlərini sevdirməyi, daima özlərini inkişaf etdirməyi və hər bir şagirdin müəlliminə etibar etməsini arzu edirəm. Belə  məqamlara əhəmiyyət verəriksə, təhsilimizin daha da inkişaf edəcəyinə ümid bəsləmək olar".

“Qəbul imtahanlarında, fənn olimpiadalarında şagirdlərimiz tarixdən hər zaman yüksək nəticələr əldə ediblər”

Söhbətimizi tarix fənni üzrə fərqlənən Salyan rayonu Ramiz Qafarov adına Marışlı kənd tam orta məktəbinin müəllimi Xuraman Nəcəfova ilə davam etdiririk. O deyir ki, məktəbləri rayonun kənd məktəbləri arasında, demək olar ki, hər il yüksək nəticələrinin olması ilə diqqət çəkir:

"Bu nəticəmiz də kollektiv olaraq hər birimizi sevindirir. Tədris etdiyim fənn üzrə şagirdlərimizin əldə etdiyi uğura, əlbəttə, sevinirəm. Qarşılıqlı çalışaraq əldə etdiyimiz bu nəticə illərlə çəkilən əziyyətin bəhrəsidir. Lütfi-zadənin dediyi kimi, hər uğurun arxasında qabiliyyət, zəhmət və israr durur”.

Müəllim əlavə edir ki, şagirdlərin diqqətini çəkmək üçün bir çox üsullardan istifadə edirəm. Şagirdlərə döyüşlər, tarixi şəxsiyyətlərin həyat və ya fəaliyyəti, tarixi məkanlar barədə əlavə məlumatlar verir, real hekayələri danışıram. Bu, şagirdlərdə dərsə marağı artırır. Xüsusilə kitablarda az rast gəlinən sitatlardan nümunə gətirmək onlarda həmişə dərsə maraq oyadır. Qəbul imtahanlarında, fənn olimpiadalarında şagirdlərimiz tarix fənnindən hər zaman yüksək nəticələr əldə ediblər. Məktəbimizin məzunları arasında tarix müəllimləri, hüquqşünaslar çoxdur". 

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.