Bütün xəbərlər
5 iyun, 10:29

“AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqı (ÜPİ) vasitəsilə kommunikasiya edilən “54-cü Beynəlxalq məktub yazısı” müsabiqəsini təşkil edib.

“Azərpoçt”dan “Azərbaycan müəllimi”nə bildirilib ki, Beynəlxalq Dəniz Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) təqdim etdiyi mövzu 2025-ci ilin iyun ayında keçiriləcək BMT-nin Okean Konfransına həsr olunub və “Təsəvvür edin ki, siz okeansınız. Birinə məktub yazın ki, niyə və necə sizə yaxşı baxmalıdırlar” məzmununda müəyyən edilib.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlər arasında ekoloji düşüncə tərzinin formalaşdırılması, yaradıcı və yazılı ifadə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onları qlobal ekoloji problemlərə dair şəxsi baxışlarını ifadə etməyə təşviq etməkdir. Belə ki, “Azərpoçt” tərəfindən keçirilən müsabiqədə 9-16 yaşlı, ingilis dilində təhsil alan şagirdlər iştirak ediblər. Mövzu üzrə 60-a yaxın məktəbli müsabiqəyə qoşulub. Təqdim olunan inşalar peşəkar ingilis dili müəllimləri tərəfindən yoxlanılıb. Müsabiqənin şərtlərinə əsasən, hər ölkə ingilis dilində bir inşa təqdim etməli idi. Beləliklə, ən yaxşı nəticə göstərən5-ci sinif şagirdi Aliyə Hüseynzadənin inşası ÜPİ-ninİsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib.

Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev qeyd edib: “Bu təşəbbüs məktəblilər arasında ekoloji şüurun, yaradıcı təfəkkürün və qlobal məsələlərə marağın inkişafına töhfə verməklə yanaşı, onların beynəlxalq səviyyədə özlərini ifadə etmələri üçün platforma yaradır. Azərbaycanlı şagirdlərin bu müsabiqəyə həvəslə yanaşması gələcəkdə ətraf mühitə qarşı məsuliyyətlə yanaşan həssas vətəndaşlarımızın yetişməsindən xəbər verir”.

Tədbirin qonaqlarından olan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov şagirdlərlə ünsiyyət zamanı daima mütaliə etməklə özünüinkişafın vacibliyini vurğulayıb.

Qeyd edək ki, digər şagirdlərin də ölkə daxilində qiymətləndirilməsi “Azərpoçt” tərəfindən həyata keçirilib. Ölkə üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutan şagirdlər, eləcə də qalan bütün iştirakçılar xüsusi hədiyyələr və sertifikatlarla təltif olunublar.

1 /3

Şərhlər

Xəbər lenti

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.