
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor Hümeyir Əhmədov Qazaxıstanda nüfuzlu elmi titula layiq görülüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Hümeyir Əhmədov 23 may 2025-ci ildə Almatı şəhərində keçirilən Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının 30-cu yaz sessiyasında xarici üzvü seçilib və ona akademiyanın xarici üzvü seçilməsi haqqında müvafiq diplom və üzvlük vəsiqəsi təqdim olunub. Bildirilib ki, o bu akademiyaya seçilən ilk azərbaycanlı alimdir.
Hümeyir Əhmədov, eyni zamanda, Rusiya Təhsil Akademiyasının xarici üzvü və əməkdar elm və təhsil xadimi, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının, Təhsilin İnformasiyalaşdırılması Akademiyasının, Təbiət Elmləri Akademiyasının, Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Hüquq Elmləri Akademiyasının akademikidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər