Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin III kurs tələbəsi Zülayə Mahmudova “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” mövzusunda keçirilən yazı müsabiqəsində I yerə layiq görülüb.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən təşkil olunan müsabiqədə BMU tələbəsi “Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri” kateqoriyası üzrə çıxış edib. Onun təqdim etdiyi yazı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və müsabiqənin qalibi olub.
BMU tələbəsinə müvafiq sertifikat və hədiyyə təqdim edilib.
Bildirilir ki, müsabiqəyə ümumilkdə 60-dan çox müraciət daxil olub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər