Bütün xəbərlər
5 iyun, 09:51

Mayın 29-da Azərbaycan Milli Konservatoriyasında “Miras” layihəsi çərçivəsində “Bülbülə ehtiramla” adlı tədbir keçirilib.

Konservatoriyadan “Azərbaycan müəllimi”nə bildirilib ki, “Miras” layihəsi bu dəfə Azərbaycan peşəkar vokal sənətinin banisi, musiqi folkloru tədqiqatçısı, professor, SSRİ Xalq artisti Bülbülə həsr olunub.

Tədbir çərçivəsində ilk olaraq “Bülbülün portreti: arxiv materiallarının işığında” adlı elmi seminar təşkil edilib. Seminar AMEA-nın Memarlıq və incəsənət şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərlinin Bülbül yaradıcılığında elmi çalarları əks etdirən çıxışı ilə davam edib.

Seminarda Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə, elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi Lalə Hüseynova, tələbə və müəllimlər iştirak ediblər. Mühazirə zamanı Bülbülün çoxşaxəli fəaliyyəti, onun Azərbaycan musiqi tarixində tutduğu mövqe, arxiv materialları və araşdırmalar əsasında ətraflı təhlil edilib.

Seminarın sonunda professor İradə Köçərli AMK-nın kitabxanasına Bülbül yaradıcılığı ilə bağlı son tədqiqatlardan ibarət kitab toplusunu hədiyyə edib.

Elmi seminardan sonra tədbir iştirakçıları, qonaqlar və media nümayəndələri Azərbaycan Milli Konservatoriyasında “Bülbül vokal məktəbi” otağının açılışında iştirak ediblər. Qeyd olunmalıdır ki, bu otağın yaradılması “Miras” layihəsi çərçivəsində həyata keçirilib.

Bülbül vokal məktəbi otağı muzey formatında təqdim olunub. Otaq Bülbülə məxsus əlyazmalar, kitablar, Bülbülün yaradıcılığını əks etdirən fotoşəkillərlə, o dövrün afişaları ilə zənginləşdirilib.

Tədbirin növbəti mərhələsində isə “Miras” layihəsi çərçivəsində Azərbaycanın vokal sənətinin banisi, böyük sənətkar Bülbülə həsr olunmuş konsert proqramı təqdim olunub.

İlk olaraq söz Azərbaycan Milli Konservatoriyasının rektoruna, sənətşünaslıq doktoru Kamilə Dadaş-zadəyə verilib. O, çıxışında qonaqları salamlayıb, “Miras” layihəsinin bir aydan çoxdur ki, öz işinə start verdiyini vurğulayıb. Layihənin əsas ideyası və fəlsəfi əsaslarından bəhs edərək bildirib ki, layihə musiqinin zaman və məkan anlayışını aşan təbiətinə əsaslanır. Rektor layihənin xronoloji prinsipə deyil, mənəvi ardıcıllığa söykəndiyini dilə gətirib.

Ardından Bülbül vokal məktəbinin təqdimatında Bülbülün həyat və yaradıcılıq fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Konsert proqramı Əməkdar artist Emil Əfrasiyabın ifasında Asəf Zeynallının musiqisi və Cəfər Cabbarlının sözlərinə bəstələnmiş “Ölkəm” əsəri ilə başlayıb. Ardınca Üzeyir Hacıbəylinin musiqisi və Nizami Gəncəvinin sözlərinə yazılmış “Sənsiz” romansı Əməkdar artist Əliəhməd İbrahimov tərəfindən səsləndirilib. Onu fortepianoda Əməkdar müəllim Naibə Şahməmmədova müşayiət edib. “Qara tellər” xalq mahnısı Mirəli Sarızadənin ürəkləri oxşayan ifasında təqdim olunub. Onu Əfqan İsgəndərov, Əli Rüstəmbəyli və Lazım Ağayev müşayiət edib.
Daha sonra “Arzu” romansı Nəzrin Mansırlının ifasında səsləndirilib. Növbəti çıxışda isə Taleh Yahyayevin ifasında Niyazinin “Vətən nəğməsi” əsəri təqdim olunub. İfaçını fortepianoda Nigar Hüseynzadə müşayiət edib. Əməkdar artist İlkin Əhmədov təsnif ifa edib.

Konsertin xüsusi məqamlarından biri Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyasının həm Bülbülün, həm də Ramil Qasımov tərəfindən duet şəklində səsləndirilməsi, Bülbülün arxiv ifası ilə Emil Əfrasiyabın canlı fortepiano ifası olub. Bu nömrələr klassika ilə müasirliyin uğurlu qovuşmasını nümayiş etdirib və tamaşaçıların böyük rəğbətini qazanıb.

Konsertin sonunda səhnəyə çıxan Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının Milli vokal kafedrasının müəllimi və Bülbül vokal məktəbinin təsisçisi Ramil Qasımov “Bülbül vokal məktəbi" otağının açılışı münasibətilə rektor Kamilə Dadaşzadəyə və AMK rəhbərliyinə təşəkkürünü bildirib.

“Miras” layihəsi milli musiqi irsimizin gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz əhəmiyyətə malikdir. Azərbaycanın unudulmaz vokal ifaçısı, sənətkarı, Xalq artisti Bülbülə həsr olunmuş “Miras” layihəsi öz işini uğurla başa vurub.

1 /7

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.