
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov DAAD Regional Tbilisi ofisinin rəhbəri Gebhard Reul və təhsil və təqaüd proqramları üzrə koordinator Sevər Qarayevanı qəbul edib.
BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş zamanı əməkdaşlıq imkanları və gələcək təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Daha sonra məktəbdə DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüdlərinə dair məlumat sessiyası keçirilib. Tədbirdə iştirakçılara Almaniyada təhsil imkanları, təqaüd proqramları və qəbul prosesi haqqında ətraflı məlumat verilib.
Görüş zamanı DAAD təqaüdlərinin növləri, xüsusilə magistratura səviyyəsində olan proqramlar və Alman dili yay məktəbləri üçün nəzərdə tutulmuş təqaüdlər ətrafında müzakirələr aparılıb.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər