
Bu il təxminən 200 müəllimin beynəlxalq mübadilə proqramlarında iştirak etməsi planlaşdırılır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, son illərdə biz yüzlərlə müəllim üçün yerli və beynəlxalq təlimlərin təşkilinə dair bir çox təşəbbüslər həyata keçirilib.
"Müəllimlərin təlimlərə cəlb edilməsi bizim əsas prioritetlərimizdən biridir. Xüsusilə, bu il təxminən 200 müəllimimizin beynəlxalq mübadilə proqramlarında iştirak etməsi planlaşdırılır. Bu bizim üçün çox vacibdir, çünki təhsilin keyfiyyətindən danışırıqsa, burada əsas aparıcı qüvvə məhz təhsilverənlərimizdir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər