Bütün xəbərlər
2 may, 17:50

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamını imzalayıb. Bu sərəncama əsasən, Batabat Astrofizika Rəsədxanası, Təbii Ehtiyatlar İnstitutu və Bioresurslar İnstitutu Naxçıvan Dövlət Universitetinin (NDU) strukturuna daxil edilib. Bu addım ali təhsil müəssisələrinin elmi fəaliyyətini zənginləşdirərək ölkə elminin inkişafına töhfə verəcək. NDU-nun tərkibinə daxil olan rəsədxana universitetin elmi-tədqiqat potensialını artıraraq astronomiya sahəsində daha geniş tədqiqat imkanları yaradacaq. Universitet tələbələri üçün təcrübə və təlim imkanlarının artırılması məqsədilə rəsədxana ilə əməkdaşlıq gücləndiriləcək.

Batabat Astrofizika Rəsədxanası Azərbaycanın astronomiya sahəsindəki mühüm tədqiqat mərkəzlərindən biridir. Onun əsası 1971-ci ildə qoyulub və qısa müddət ərzində peşəkar elmi mühit formalaşıb. Yerli mütəxəssislərlə yanaşı, Moskva və Sankt-Peterburqdan gələn astronomlar da bu prosesə töhfə veriblər. İlk ciddi elmi addımlardan biri 1974-cü ildə Günəş koronoqrafının qurulması olub ki, bu da Günəş fizikası sahəsində aparılan müşahidələrin başlanğıcı idi.

Batabat bölməsi sürətlə inkişaf edərək beynəlxalq əlaqələr qurub, 1976-cı ildə tam Günəş tutulması prosesini müşahidə edib. Bundan başqa, 1978-1979-cu illərdə bölmədə kometlərlə bağlı ümumittifaq konfransları keçirilmiş və elmi nəticələr SSRİ və Avropa ölkələrinin nüfuzlu elmi jurnallarında çap olunub.
1997-ci ildə Ordubad rayonunun Ağdərə Astronomiya Stansiyası Şamaxı Astrofizika Rəsədxanasına (ŞAR) birləşdirilib. 2003-cü ildən isə Batabat bölməsi və Ağdərə Astronomiya Stansiyasının bazasında müstəqil Batabat Astrofizika Rəsədxanası (BAR) fəaliyyətə başlayıb.

Azərbaycanın müstəqillik illərində elm sahəsinə verilən dövlət dəstəyi nəticəsində BAR-ın infrastrukturu yenilənib, müasir tələblərə cavab verən inzibati binalar inşa edilib. Almaniya istehsalı olan və  2007-ci ildə Krım Astrofizika Rəsədxanasında modernləşdirilmiş “Zeiss-600” teleskopu Batabatda quraşdırılıb ki, bu da tədqiqat imkanlarını daha da genişləndirib.

Hazırda rəsədxana Səma cisimlərinin mövqe müşahidələri və Səma cisimlərinin fotometriyas adlı iki əsas şöbədə fəaliyyət göstərir. Burada kometlər, parlaq ulduzlar, simbiotik və cavan ulduzların fotometrik müşahidələri aparılır. Elmi işlər konkret problem və mövzular üzrə mərhələli şəkildə həyata keçirilir.
Naxçıvan şəhərində inzibati binası olan rəsədxananın Batabat və Ağdərə stansiyaları da fəaliyyət göstərməkdədir. Cihazların müasirliyi, elmi kadrların iştirakı və beynəlxalq əməkdaşlıqlar onu astronomiya sahəsində regionun mühüm elmi mərkəzlərindən biri kimi möhkəmləndirib.

BAR unikal coğrafi mövqeyi və elmi istiqamətləri ilə digər rəsədxanalardan fərqlənir. Dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşməsi onu atmosfer şəraitinə görə üstün edir, çünki bu yüksəklikdə havanın şəffaflığı müşahidələr üçün daha əlverişlidir.

BAR-da aparılan tədqiqatlar astronomiyanın müxtəlif sahələrinə töhfə verib. Rəsədxananın elmi nəticələri beynəlxalq səviyyədə diqqətçəkən tədqiqatlar arasında yer alır. Xüsusilə uzundövrlü komet orbitlərinin fəza orientasiyasının tədqiqi sahəsində əldə edilən nəticələr Oort hipotezi ilə bəzi uyğunsuzluqları ortaya çıxarıb. Bu, kometlərin mənşəyi və onların orbitlərinin paylanması ilə bağlı müasir nəzəriyyələrə yeni baxış bucağı gətirib. Bundan əlavə, rəsədxanada “Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmüddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” mövzusunda beynəlxalq qrant layihəsi həyata keçirilib. Bu tədqiqatlar Günəşin aktivlik dövrlərinin Yerə və canlı sistemlərə təsirini araşdırmağa yönəlib və beynəlxalq elmi jurnallarda yayımlanıb.

Xuraman MƏMMƏDOVA,

Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika kafedrasının müəllimi

Şərhlər

Xəbər lenti

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.