Bütün xəbərlər
2 may, 20:20

2025-ci ildə "Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit" (International Summit on the Teaching Profession – ISTP) keçirilib və bu tədbirin nəticələri əsasında xüsusi bir hesabat hazırlanıb. Hesabatda təhsildə bərabərliyin təmin edilməsi, müəllim rifahının dəstəklənməsi və şagird iştirakının artırılması kimi əsas mövzulara diqqət yetirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin aprel sayında hesabatdan çıxarışlara yer verilib.

“Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit 2025" sənədində bildirilir ki, keyfiyyətli təhsil insan rifahı, sosial ədalət və iqtisadi inkişaf üçün əsas şərtdir. Giriş hissəsində David Eduards qeyd edir ki, bu sammit hökumətlər, təhsil birlikləri arasında effektiv dialoq üçün unikal platforma rolunu oynayır və təhsil sistemlərində davamlı dəyişikliklərə nail olmaq üçün birgə əməkdaşlığın vacibliyini önə çəkir.

2025-ci il Sammitində 3 əsas mövzuya diqqət yetirilir:

1. Bərabər və inklüziv təhsilin əsaslarının qurulması;

2. Müəllimlərin rifahının və peşəkar inkişafının dəstəklənməsi;

3. Uşaq-mərkəzli təhsil sistemlərinin təşviqində şagirdlərin iştirakını təmin etmək.

Birinci mövzu “Bərabər və inklüziv təhsilin əsaslarının qurulması” (erkən uşaqlıq təhsili və baxımı) təhsildə bərabərliyin və inklüzivliyin təməl daşı kimi təqdim edilir. Sənəddə bildirilir ki, keyfiyyətli erkən uşaqlıq təhsili uşaqların gələcək təhsil və sosial uğurunun əsasını təşkil edir. Lakin bu sahə qlobal miqyasda ciddi şəkildə yetərsiz maliyyələşdirilir. UNESCO hökumətləri təhsil büdcələrinin minimum 10%-ni erkən uşaqlıq təhsili və baxımına ayırmağa çağırır. Bir çox Avropa ölkəsində bu çağırışın həyata keçirilməsi ilə bağlı problemlər qalmaqdadır. Məsələn, İrlandiyada xidmət təminatçılarının 56%-i son bir ildə kadr çatışmazlığı yaşayıb. Həmçinin,  Fransada 10.000 erkən uşaq baxımı işçisi çatışmır, Almaniyada isə 2025-ci ilə qədər 72.500 ECE mütəxəssisinə ehtiyac olacaq. Əməkdaş çatışmazlığı əsasən aşağı maaşlar, zəif iş şəraiti və peşənin cəmiyyət tərəfindən aşağı qiymətləndirilməsi ilə bağlıdır. Təhsil sahəsindəki gender stereotipləri də bu vəziyyəti daha da dərinləşdirir, çünki ECE sektoru əsasən qadınların çalışdığı və aşağı statuslu peşə sahəsi kimi qalır.

İkinci mövzu “Müəllimlərin rifahının və peşəkar inkişafının dəstəklənməsi” müəllimlərin və təhsilə dəstək verən heyətin (təhsil sahəsində fəaliyyət göstərən digər mütəxəssislərin) rifahına həsr olunub. Sənəddə açıq şəkildə bildirilir ki, müəllimlərin fiziki və psixoloji rifahı olmadan, yüksək keyfiyyətli təhsilə nail olmaq mümkün deyil. Mövcud araşdırmalar göstərir ki, müəllim rifahı ilə şagirdlərin akademik nailiyyətləri, sosial və emosional inkişafları arasında güclü pozitiv əlaqə mövcuddur. 2023-cü ildə keçirilən Beynəlxalq Təhsil İşçiləri Sağlamlıq Barometri nəticələrinə görə, məsələn, Mərakeşdə müəllimlərin 76%-i, Yaponiyada isə 30%-i son altı ay ərzində sağlamlıq problemləri səbəbindən iş funksiyalarını tam şəkildə yerinə yetirə bilməyib. Psixoloji stres, ağır iş yükü, iş-həyat balansının pozulması, təcavüz halları və aşağı sosial status müəllim rifahını ciddi təhlükə altına alır. Sənəd bu problemlərin aradan qaldırılması üçün holistik rifah siyasətlərinin hazırlanmasını, iş şəraitinin yaxşılaşdırılmasını, peşəkar muxtariyyətin təşviq olunmasını və müəllimlərə sosial hörmətin artırılmasını tövsiyə edir. Əlavə olaraq, müəllimlərin rifahının sistem səviyyəsində qorunmalı və rifah siyasətlərinin onların iş müqavilələrində rəsmiləşdirilməsi vacib sayılır.

Üçüncü mövzu “Uşaq-mərkəzli təhsil sistemlərinin təşviqində şagirdlərin iştirakını təmin etmək” üzrə yönəlib. Sənəddə qeyd edilir ki, 1989-cu ildə qəbul edilən Uşaq Hüquqları Konvensiyasına əsasən, uşaqların təhsildə və məktəb idarəçiliyində iştirak hüquqları vardır. Lakin sənəd vurğulayır ki, formal iştirak strukturları (şagird şuraları və s.) yetərli deyil. Şagirdlərin fikirlərinin dəyərli olduğuna inanmaq və onların real qərarvermə proseslərinə cəlb olunması təmin edilməlidir. Əgər müəllimlər özləri məktəbin idarə olunmasında real təsir imkanına malik deyillərsə, şagirdlərə effektiv iştirak imkanı vermək çətinləşir. Bu səbəbdən də sənəd məktəb liderliyinin demokratik idarəetmə prinsiplərinə əsaslanmasının və müəllimlərin peşəkar avtonomiyasının qorunmasının şagird iştirakını gücləndirmək üçün vacib olduğunu vurğulayır.

Sənəddə əlavə olaraq bildirir ki, təhsil sistemlərinin dəyişən çağırışlara adekvat cavab verə bilməsi üçün müəllimlərin akademik azadlığı və peşəkar muxtariyyəti qorunmalıdır. 2021 və 2024-cü illərdə aparılan beynəlxalq araşdırmalara əsasən, dünya üzrə müəllimlərin yalnız 16,5%-i dərs metodları üzərində tam muxtariyyətə sahib olduqlarını hiss edirlər. Bu isə təhsildə yaradıcı yanaşmaların və şagirdlərin fərdi ehtiyaclarına uyğun metodların tətbiqini məhdudlaşdırır.

Sənəd həmçinin COVID-19 pandemiyası dövründə onlayn təhsilin artmasının müəllimlərin iş yükünü artırdığına və iş-həyat sərhədlərini pozduğuna diqqət çəkir. Xüsusilə, qadın müəllimlər arasında stress səviyyəsinin artdığı vurğulanır. Sənəd texnologiyanın həm imkanlar, həm də risklər yaratdığını qeyd edir. Bunula yanaşı, rəqəmsal texnologiyaların tətbiqi zamanı müəllimlərin ehtiyaclarının və rifahının mərkəzdə saxlanılmasının vacibliyini önə çəkir.

Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit (International Summit on the Teaching Profession – ISTP) sənədi təhsil sistemlərinin transformasiyası üçün müəllimlərin rifahının, peşəkar azadlığının və şagird iştirakının artırılmasının zəruriliyini vurğulayır. Sənədə əsasən, hökumətlər və təhsil birlikləri birgə əməkdaşlıq etməklə inklüziv, bərabər və davamlı təhsil sistemləri qura bilərlər. Müəllimlərin statusunun, rifahının gücləndirilməsi, təhsildə demokratik idarəetmənin və iştirakın təşviq edilməsi təhsilin keyfiyyətinin əsas dayaqları kimi təqdim edilir.

Mənbə: Education International. (2025). International Summit on the Teaching Profession 2025: Quality education: The key to prosperity and well-being. Education International. https://istp2025.is

Şərhlər

Xəbər lenti

2 may, 19:25

“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”

2 may, 17:50

Elmi inteqrasiyanın yeni mərhələsi: Batabat Astrofizika Rəsədxanasının üstünlükləri və imkanları

2 may, 17:48

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

2 may, 17:31

6 apreldə keçirilmiş imtahanlarda 8 nəfərin nəticələri ləğv edilib

2 may, 17:20

Naxçıvana ilk medalı gətirən şagird – Süni intellektli robot da hazırlayıb

2 may, 17:16

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri açıqlandı

2 may, 17:03

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

2 may, 16:59

“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir

2 may, 16:47

Tələbə qəbulu qaydalarında bəzi dəyişikliklər edilib

2 may, 16:43

“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir

2 may, 16:30

Qazaxıstanın "500 alim" layihəsi – Beynəlxalq təcrübə

2 may, 16:30

Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar

2 may, 16:27

Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

2 may, 16:24

Ötən ay xaricdə təhsil alan 351 nəfərin diplomu tanınıb

2 may, 16:07

Tələbələr üçün 1500-dən çox iş və təcrübə imkanı – Kimlər yararlandılar?

2 may, 15:37

Aqrar sığorta eksperti olmaq üçün tələb olunan ixtisaslarda dəyişiklik edilib

2 may, 15:29

ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib

2 may, 15:23

Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq

2 may, 15:05

Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.