Bütün xəbərlər
25 iyun, 18:00

Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsinin sonuncu günündə Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 2 müəllim 60 bal toplayıb.

“Azərbaycan müəllimi” həmin müəllimlərin imtahan təəssüratlarını öyrənib. Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məktəbin fizika müəllimi Ruhiyyə Əliyevanın sözlərinə görə, o, qarşısına məqsəd qoyaraq imtahana hər gün ciddi şəkildə hazırlaşıb:

“Suallar normal idi, aralarında  asan, orta və çətin səviyyəli olanları vardı. Demək olar ki, 50 dəqiqəyə sualları cavablandırıb bitirdim. Sertifikatlaşdırma prosesinin üstün cəhətləri çoxdur. Müəllim öz üzərində çalışır, ixtisasını təkmilləşdirir. Mən bu prosesə çox müsbət yanaşıram. Müəllimlərə tövsiyəm odur ki, əzmlə çalışsınlar, imtahan olsun-olmasın, daim ixtisasları üzrə öz üzərlərində işləsinlər”.

Beyləqan şəhəri Humanitar fənlər təmayüllü liseyin informatika müəllimi Xanım Ələmdarlı da maksimum nəticə – 60 bal toplayan müəllimlərdəndir. Xanım müəllim bildirir ki, imtahanda cəmi 1 saat 41 dəqiqə iştirak edib:

“İmtahana 2 ay qalmış ciddi hazırlaşmağa başladım. 101-ci dəqiqədə imtahanı tamamladım. İxtisas sualları rahat idi, lakin metodika sualları bir qədər düşündürücü idi. İmtahana hazırlaşan müəllimlərə demək istəyirəm ki, əgər ixtisasdan zəifdirlərsə, mütləq ciddi şəkildə hazırlaşsınlar. Suallar yazıla bilməyəcək səviyyədə deyil. Sertifikatlaşdırmanın əsas əhəmiyyəti müəllimin yeni biliklər qazanması və inkişaf etməsidir”.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.