Bütün xəbərlər
26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu!

44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə təkcə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi, həm də Azərbaycanın regional və beynəlxalq müstəvidə gücünü bir daha sübuta yetirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü ordu quruculuğu siyasəti Vətən müharibəsindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Artıq bu mərhələnin əsas prioritetlərindən biri peşəkar hərbi kadrların hazırlanması və müasir hərbi təhsilin inkişafıdır.

Bu baxımdan ölkə başçısının 2023-cü il dekabrın 14-də imzaladığı müvafiq Fərmana əsasən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı, Gəncə və Naxçıvanda yaradılan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri gələcəkdə Azərbaycan Ordusunun ehtiyaclarına cavab verən yüksək hazırlıqlı hərbçi kontingentinin formalaşmasında əsas rollardan birini oynayacaq. Bu istiqamətdə fəaliyyətə başlayan müəssisələrdən biri də Naxçıvan Hərbi Kollecidir.

“Azərbaycan müəllimi” 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində yolunu Naxçıvan Hərbi Kollecinə salıb, burda yaradılan təhsil, təlim şəraiti ilə tanış olub. Naxçıvan Hərbi Kollecinin İdeoloji iş və mənəvi-psixoloji təminat bölmə rəisinin köməkçisi Emelya Süleymanova kollec haqqında geniş məlumat verdi.

Hərbi təhsildə beynəlxalq təcrübə və milli model

O bildirir ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi müasir müharibələrdə qazanılan uğurun məhz peşəkar hərbi kadrların hazırlığından keçdiyini göstərir: “Artıq bu kolleclər subbakalavr səviyyəsində ixtisaslaşmış kadrlar yetişdirməklə ordu strukturunun güclənməsinə xidmət edirlər. Bu gün Azərbaycan da ordu quruculuğunda bu tendensiyaları Türkiyə modelinə əsasən həyata keçir. Qardaş Türkiyə Respublikasının hərbi təhsil modeli ölkəmiz üçün örnək olaraq qəbul edilir. Kolleclərin yaradılması məhz bu beynəlxalq yanaşmanın və milli ehtiyacların birləşdirildiyi strateji qərardır”.

Müasir təhsil – güclü orduya aparan yol

Emelya Süleymanova deyir ki, 2024-2025-ci tədris ilindən etibarən fəaliyyətə başlayan Naxçıvan Hərbi Kolleci 4 hektarlıq ərazidə yerləşir və 7 binadan ibarət kompleks müasir tədris infrastrukturu ilə təchiz olunub: “Tədris korpusları, mühazirə və məşğələ otaqları, xüsusi kabinələr, təlim mərkəzləri, üçmərtəbəli kitabxana, idman zalları, sosial xidmət mərkəzi, konfrans zalı və yataqxana ən son standartlara uyğun inşa edilib.

Kollecdə dərslər hərbi nizam-intizam prinsipləri əsasında həm nəzəri, həm də praktiki formada keçirilir. Tədris prosesində döyüş nizamnamələri, hərbi hüquq, taktika, müasir silah və texnika bilikləri öyrədilir. Kursantların fiziki hazırlığı prioritet məsələlərdən biridir. Əlbəyaxa döyüş, karate, güləş, voleybol, futbol kimi idman növləri üzrə məşğələlər müasir idman bazasında peşəkar təlimçilər tərəfindən keçirilir. 

Kollecin mühüm vəzifələrindən biri də kursantların azərbaycançılıq ideologiyası ruhunda yetişdirilməsi, onlarda milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılmasıdır. Vətənpərvərlik, dövlətə sədaqət kimi ali dəyərlər hərbi təlimlə paralel olaraq tədris olunur”.

Seçim qaydaları və sosial təminatlar

Bəs kollecə qəbul necə keçirilir? Sualımızı cavablandıran Emelya xanım bildirir ki, qəbul “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Təhsil haqqında” qanunlara uyğun olaraq aparılır: “Buraya tam orta təhsilli şəxslər, zabit rütbəsi olmayan hərbi qulluqçular qəbul edilə bilərlər. Seçim Müdafiə Nazirliyi tərəfindən namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və digər kriteriyaları nəzərə alınaraq həyata keçirilir”.

O əlavə edib ki, kursantlar ikiillik əyani təhsil müddətində ödənişsiz yataqxana, gündəlik üç dəfə yemək və müvafiq aylıq ödənişlə təmin olunurlar: “Məzun olduqdan sonra 5 il müddətində Azərbaycan Ordusunda gizir kimi xidmət edənlərə ipoteka və sosial təminat sahəsində əlavə güzəştlər də təqdim edilir. Xüsusilə, yaşayış sahəsi almaq üçün ipoteka kreditlərinin ilkin ödəniş hissəsinin 15 faizə qədər olan hissəsi dövlət tərəfindən maliyyələşdirilir.

Naxçıvanın strateji mövqeyində hərbi kollecin əhəmiyyəti

Naxçıvan Muxtar Respublikasında belə bir hərbi təhsil ocağının yaradılması xüsusi strateji əhəmiyyətə malikdir. Regionda peşəkar kadrların yerində hazırlanması həm Muxtar Respublikanın, həm də ümumilikdə ölkənin müdafiə qabiliyyətini artırır. Burada yetişən kursantlar sabahın qəhrəman hərbçiləri kimi ordunun müxtəlif bölmələrində xidmət etməyə hazır olacaqlar.

44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, müasir döyüşlər ancaq peşəkarlar tərəfindən aparılır. Ordumuzun yeni nəsil texnika və silah sistemlərindən bacarıqla istifadə etməsi, çevik və koordinasiyalı əməliyyatlar həyata keçirməsi yüksək hazırlıqlı kadrların sayəsində mümkün oldu. Bu baxımdan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəsisələri ordunun gələcəyini formalaşdıran strateji bir pillədir”.

Regionda davam edən geosiyasi proseslər, artan hərbi-siyasi təhdidlər dövlətin təhlükəsizlik sistemini daim yeniləməyi, ordu quruculuğuna daha ciddi yanaşmanı zəruri edir. Yeni çağırışlara cavab vermək üçün bizə müasir biliklərlə silahlanmış, Vətənə sadiq, texnologiyanı mənimsəmiş və fiziki cəhətdən hazır hərbçilər lazımdır. Naxçıvan Hərbi Kolleci məhz belə gizirlərin yetişməsi üçün yaradılmış güclü bir təməl, qalib ordumuzun yeni nəfəsidir.
Əminik ki, bu kampusda təhsil alan kursantlar hazırda və gələcəkdə Azərbaycan Ordusunun kadr potensialında önəmli rol oynayacaq, Vətənin keşiyində dayanan qəhrəmanlara çevriləcəklər.

1 /4

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.