Bütün xəbərlər
25 iyun, 18:20

Səhər saatlarından etibarən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən müxtəlif məktəblərdən olan müəllimlər sertifikasiya imtahanlarının son mərhələsinə toplaşmışdı. Əllərində sənədlər, ürəklərində həyəcan – illərlə sinif otaqlarında qazandıqları təcrübənin bu gün rəsmi şəkildə ölçüləcəyi bir imtahandan keçirdilər.

İmtahan binasının qarşısında ilk yaxınlaşdığımız Tünzalə Mövlamova oldu. Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin fizika müəllimi bu gün 59 bal toplayaraq region üzrə ən yüksək nəticəni əldə edib. Gözlərində parıltı, simasında qürur hissi duyulan müəllim imtahan təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşdü:

“Bu uğur sadəcə mənim deyil – şagirdlərimin, həmkarlarımın, ailəmin və məktəbimin uğurudur. İmtahan mənə bir daha göstərdi ki, müəllimlik sadəcə peşə deyil, bir ömürlük yoldur”.

Sevinclə binadan çıxan Elbrus Ağarzayev isə Qəbələ rayonunun Daşca kənd tam orta məktəbində fizika müəllimi çalışır. 57 bal nəticəsi ilə imtahanı uğurla tamamlayan Elbrus müəllim imtahandan sonra bizimlə səmimi danışdı: “Hər sualı təhlil edərkən sinifdə şagirdlərlə keçirdiyim dərsləri xatırlayırdım. Vaxtı düzgün bölmək vacib idi. Elmi biliklə yanaşı, təcrübə də mənə bu balı qazandırdı”.

Bir az aralıda dostları ilə qucaqlaşan Naibə Qismətova isə sevincini gizlətmirdi. Qəbələnin Laza kəndində fizika fənnini tədris edən bu müəllim 55 bal toplamaqla sertifikasiyadan keçib. “İmtahan, sanki özümüzə güzgüdə baxmaq kimi idi. Bütün illərin zəhməti sınağa çəkildi. Bu nəticə mənə yeni nəfəs, yeni güc verdi”.

Müəllimlərin bəziləri həyəcanla gözləyirdi, bəziləri isə nəticəni artıq alıb təbəssümlə ayrılırdı. Onlardan biri də Lamiyə Abdullayeva idi. Qəbələ rayon Kiçik Əmili kənd tam orta məktəbinin fizika müəllimi 58 balla nəticəsini almışdı:

“Özümə söz vermişdim ki, bu imtahanı ürəkdən çalışıb keçəcəyəm. Çünki bu, təkcə bilik imtahanı deyildi – həm də iradə, inam və sabitlik imtahanı idi”.

İnformatika fənni üzrə imtahan verən müəllimlərin də sevinci az deyildi. Şəki rayon Şirinbulaq kənd ümumi orta məktəbinin müəllimi Nərmin Abduləlimova ilk dəfə idi belə rəsmi imtahanda iştirak etdiyini deyirdi:  “Həyəcanlıydım. Amma özümə güvənirdim. 51 bal nəticə əldə etmək mənə yeni üfüqlər açdı. İndi daha inamla dərs deyəcəm”.

Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin informatika müəllimi Çinarə Rəsulova isə 53 bal toplayaraq sevincini dostları ilə paylaşırdı. Bizə də yaxınlaşıb imtahan barədə fikirlərini bölüşdü: “İmtahanda bəzi suallar düşündürücü idi, amma əsas odur ki, real vəziyyəti ölçürdü. Məni həm düşünməyə, həm də özümü yoxlamağa vadar etdi. Ən əsası isə, uğur qazandım!”.

Qəbələdən gələn Aysel Məmmədova informatika müəllimi kimi 57 bal toplayaraq sanki içindəki bütün gərginliyi arxada qoymuşdu:
“Bəzi gecələr o qədər çox hazırlaşırdım ki, kompüterin qarşısında yuxum gəlirdi. Amma bu gün o əziyyətlərimin qarşılığını gördüm.”
Son olaraq söhbətləşdiyimiz Sona Əzizova Oğuz rayonunda yerləşən texniki və təbiət təmayüllü internat liseyin müəllimi idi. O da 57 balla nəticə göstərmişdi:

“İmtahan özümüzü yenidən kəşf etmək fürsəti oldu. Uşaqlara öyrətdiklərimizi sanki bu dəfə özümüz üçün öyrəndik”.

Şərhlər

Xəbər lenti

20 avqust, 10:26

MİQ-in müsahibə mərhələsində 4 minə yaxın namizəd iştirak edəcək

20 avqust, 10:22

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olanların qeydiyyatı başlayır

20 avqust, 10:13

Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıtdılar: 16-sı qızıldır 

20 avqust, 10:09

Naxçıvanda peşə təhsil müəssisələrinə 498 tələbə qəbul olub

20 avqust, 09:58

Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 

20 avqust, 09:40

SABAH.HUB tərəfindən təşkil olunan proqram üçün müraciət müddəti uzadılıb

20 avqust, 09:30

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb

20 avqust, 09:21

Azərbaycan Milli Konservatoriyası vakansiya elan edib

19 avqust, 19:33

MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.