Bütün xəbərlər
4 avqust, 22:46

Rza Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr verib.

Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə başa vurub. Ali təhsilinə Türkiyənin Anadolu Universitetində başlayıb və 2007–2010-cu illərdə “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib.

2011-ci ildə Naxçıvan Dövlət Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” üzrə magistr təhsilinə qəbul olunub və 2014-cü ildə magistr dərəcəsi alıb. Daha sonra 2014–2018-ci illərdə Türkiyənin Eskişehir Osmangazi Universitetində “Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı” üzrə doktorantura təhsili alıb. O, bu sahədə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Bu dərəcə 2021-ci ildə Azərbaycanda nostrifikasiya olunub.

2023-cü ildən ADA Universitetində magistr proqramlarında dərs deyir və dissertasiya rəhbərliyi edir. Həmin ildən “Naxçıvan” Universitetində Elm, İnnovasiyalar və Beynəlxalq Əlaqələr üzrə prorektor, eyni zamanda idarəetmə kafedrasının dosentidir.

Qeyd edək ki, Rza Məmmədov təhsilin idarəedilməsi, liderlik və strateji yanaşmalar sahəsində 10-dan çox kitabın müəllifi və həmmüəllifi, 15-ə yaxın beynəlxalq məqalənin və 20-dən çox konfrans çıxışının müəllifidir.

Şərhlər

Xəbər lenti

4 avqust, 21:39

Ucarda bağça müdiri fəaliyyətindəki nöqsanlara görə vəzifəsindən azad edilib

4 avqust, 21:08

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

4 avqust, 20:04

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarı ucqar kəndlərdə keyfiyyətli kadr təminatına dəstək olacaq

4 avqust, 18:19

ARTİ riyaziyyat olimpiadası ilə bağlı məsələyə münasibət bildirdi

4 avqust, 18:07

Süni intellekt əsaslı neyron şəbəkə texnologiyalarının təhsil proseslərinə təsiri

4 avqust, 18:02

Fuad Qarayev: İki şagirdimizin ilk 100-lükdə yer alması sistemli yanaşmanın nəticəsidir – MÜSAHİBƏ 

4 avqust, 16:55

TKTA 3 peşə üzrə nəzəri imtahan keçirib

4 avqust, 16:43

Rezidenturaya qəbul imtahanı verəcək namizədlərin NƏZƏRİNƏ!

4 avqust, 15:51

20 məktəbdənkənar müəssisənin rəhbərinə intizam tənbehi verilib

4 avqust, 15:43

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

4 avqust, 15:05

MDU-da əlavə təhsil almaq istəyənlər üçün müsahibə keçirilə bilər

4 avqust, 14:45

Samir Babayev: Avqustun sonunda tam heyətlə Qarabağa köçəcəyik

4 avqust, 14:41

ADNSU-nun 5 tələbəsi TİKA ilə əməkdaşlıq çərçivəsində Türkiyədə təlimlərdə iştirak edir

4 avqust, 14:31

İnklüziv təhsil meridianı 

4 avqust, 14:12

ADA Universitetinin məzunlarının məşğulluq göstəricisi 90 faiz olub

4 avqust, 13:56

Kosmik hava durumu və proqnozu açıqlanıb

4 avqust, 13:11

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib

4 avqust, 13:00

Ən çox müraciət olunan istirahət və müalicə mərkəzləri

4 avqust, 12:53

DP-yə qəbulla bağlı növbəti siyahı bu ilin sonunadək açıqlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.