Bütün xəbərlər
22 aprel, 15:51

Dağlıq Şirvan bölgəsində 2024-2025-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələrinə görə İsmayıllı rayonu xüsusilə fərqlənib.

İsmayıllının müxtəlif məktəblərində təhsil alan onlarla şagird 200 baldan yuxarı nəticə göstərərək rayon təhsilindəki keyfiyyətin yüksəlişini nümayiş etdiriblər.

İ.Həsənov adına 1 nömrəli tam orta məktəb: uğurlar davam edir

İsmayıllı şəhəri İ.Həsənov adına 1 nömrəli tam orta məktəb regionda ən yüksək nəticələri olan təhsil müəssisəsi olub. Bu məktəbin məzun olmağa hazırlaşan 27 şagirdi buraxılış imtahanında 200-dən çox bal toplayıb. Məktəbin 20 nəfərlik texniki təmayüllü XI sinfinin 14 şagirdinin imtahan nəticəsi 200-dən yüksək olub. Sinfin ən yüksək nəticəsi Fidan Aslanlı adlı şagirdə məxsusdur – 292 bal. Məktəbin ən yüksək nəticəsi isə XI sinif şagirdi Sona Cəbiyevaya aiddir – 295.6 bal.

5 nömrəli tam orta məktəb: nümunəvi nəticələr

Regionun təhsil uğurlarına daha bir töhfəni isə İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəb verib. Məktəbin 25 şagirdi buraxılış imtahanında 200 baldan yüksək nəticə göstərib. Burada xüsusilə XI “b” sinfi fərqlənib – bu sinifin də 14 şagirdi yüksək nəticə göstərib.

Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəb: 24 yüksək nəticə

Məktəbdə ümumilikdə 24 şagird 200-dən çox bal toplayıb. Ən yüksək nəticəni Osman Həsənli göstərib – 297.5 bal. Onu Aysu Məmmədli (291 bal) və Aysunay Abdulova (283 bal) kimi yüksək nəticəli şagirdlər izləyir. Məktəbin direktoru Qalib Bəşirov bu uğurları müəllim-şagird-valideyn əməkdaşlığının bəhrəsi olaraq qiymətləndirib.

E.Məmmədov adına 3 nömrəli məktəb-lisey: ardıcıl uğurlar

Liseyin XI sinif şagirdlərindən 16-sı 200 baldan artıq nəticə göstərib. Ən yüksək nəticə Ramiz Əliyevə məxsusdur – 285 bal. Ardınca Ağa Süleymanlı (273 bal) və Əli Abasov (268 bal) gəlir.

Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəb: həm bal, həm medal

Bu məktəbdə 14 nəfər 200 baldan yuxarı nəticə göstərib. Ən yüksək nəticə Cəbrayıl Cabbarova məxsusdur – 291.2 bal. Digər yüksək nəticə göstərənlər arasında Sona Bəkirova (285.8 bal) və Nihal Mərdanlı (279.4 bal) da var. Bundan əlavə, məktəb şagirdləri Respublika fənn olimpiadasında qazandıqları qızıl və gümüş medallarla fərqləniblər. Bir neçə şagird məktəbi “qızıl nişan”la bitirməyə namizəddir.
Onu da qeyd edək ki, bu məktəbin XI “b” sinfinin 20 şagirdindən 12-si 200 baldan artıq nəticə göstərib. Onların 8-i 270 baldan, 4 nəfəri isə 230 baldan çox nəticə əldə edib.

Şamaxı Avropa Liseyi: məqsədyönlü tədrisin bəhrəsi

Regionun digər yüksək nəticə göstərən məktəbi olan bu liseyin 15 şagirdi buraxılış imtahanlarında 200-dən çox bal toplayıb. Ləman Məmmədova (277 bal), Mələy Məmmədova (272 bal) və Adilə Səməndərova (268 bal) öz uğurları ilə fərqləniblər.

Əldə olunan nəticələr ümumi təhsil keyfiyyətinin artdığını, şagirdlərin imtahanlara savadlı və məqsədyönlü şəkildə hazırlaşdığını sübut edir.

Şərhlər

Xəbər lenti

31 iyul, 11:21

Kənd məktəbinin Avropa çempionu olan məzunu: “Əziyyət çəkməsən, uğur qazana bilməzsən”

31 iyul, 10:59

Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI

31 iyul, 10:36

Uğurlu karyera ali təhsilsiz də mümkündür: Peşə təhsilinin artan imkanları

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.