Bütün xəbərlər
11 mart, 13:52

Təxminən 10 gündür ki, ölkədə orta məktəb məzunları üçün buraxılış imtahanlarının keçirilməsi prosesinə başlanılıb. Martın 2-də və 9-da imtahan verən bəzi şagirdlər artıq bu mərhələni geridə qoyublar. Lakin dərs ilinin bitməsinə 2-3 ay qalsa da, bu imtahanlardan sonra bir çox şagirdlərdə arxayınlıq yaranır, onların məktəbə getmək, dərslərdə iştirak etmək istəkləri azalır. 

Bu kimi halların qarşısını almaq, şagirdlərin tədrisə marağını artırmaq üçün nələr edilməlidir? Buraxılış imtahanlarının vaxtlarının dəyişdirilməsi, onların tədris ilinin bitməsinə lap az qalmış keçirilməsi çıxış yolu ola bilərmi?  

“Buraxılış imtahanlarının erkən keçirilməsi fürsət verir ki, şagirdlər diqqətlərini blok imtahanlarına yönəltsinlər”

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova “Azərbaycan müəllimi”nə bildirib ki, həqiqətən də XI sinif buraxılış imtahanları keçirildikdən sonra məktəbə getməyin, dərslərdə fəal iştirak etməyin vacib olmadığını düşünən şagirdlər var: “Halbuki tədris proqramlarının öyrədilməsi hələ tam bitməyib və qarşıda şagirdlərin həyatında mühüm rol oynayan digər mərhələlər var. Bu arxayınlığın yaranmasının əsas səbəblərindən biri buraxılış imtahanlarının dərs ili bitməmiş, nisbətən erkən mərhələdə keçirilməsidir. Şagirdlər də bu imtahanı əsas mərhələ saydıqlarından sonrakı dövrə laqeyd yanaşırlar. Əslində, buraxılış imtahanlarının erkən keçirilməsinin müəyyən məntiqi əsasları var. Bu, şagirdlərin onlar üçün mühüm əhəmiyyət kəsb edən blok imtahanlarına daha yaxşı hazırlaşmalarına yardım edir. İmtahanlarının erkən keçirilməsi şagirdlərə vaxt baxımından fürsət verir ki, onlar əsas diqqətlərini blok imtahanlarına yönəltsinlər.  Çünki blok imtahanları yalnız baza biliklərini deyil, seçilmiş ixtisas qrupu üzrə dərin və əhatəli bilikləri də yoxlayır. Bu mərhələ şagirdlər üçün daha məsuliyyətlidir”.

İmtahandan sonra tədrisin vacib olması valideynlərə də izah edilməlidir

Günay Əkbərovanın sözlərinə görə, Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilən buraxılış imtahanları məzun olmağa hazırlaşanların ümumi bilik səviyyəsini müəyyən edir və nəticədən asılı olmayaraq, bütün şagirdlərə attestat verilir: “Yəni şagirdlər buraxılış imtahanında zəif nəticə əldə etsələr belə, təhsil sənədi ala bilirlər. Bu da bəzən şagirdlərdə arxayınlıq yaradır və onlar təhsilə maraqlarını itirirlər. Bu vəziyyətin qarşısını almaq üçün məktəb rəhbərliyi və müəllimlərin üzərinə ciddi vəzifələr düşür. İlk növbədə, şagirdlərə izah olunmalıdır ki, buraxılış imtahanı yalnız bir mərhələdir və əsas mərhələ hələ qabaqdadır. Dərs prosesinin davam etməsi onların gələcək uğurları üçün vacibdir. Bunun üçün müəllimlər dərslərin keçirilməsi zamanı ənənəvi üsullardan daha çox fərqli metodlara üstünlük verə bilərlər. Layihə əsaslı öyrənmə, debatlar, tədqiqat işləri, praktiki bacarıqların inkişafına yönəlmiş dərslər şagirdlərdə məktəbə marağı yenidən artırar. Məsələn, təqdimat bacarıqları, esse yazmaq, CV tərtibatı kimi mövzular onlarda həm tədrisə marağı artırar, həm də gələcək həyatlarında işlərinə yarayar. Eyni zamanda, şagirdlərin nailiyyətləri məktəbdə xüsusi qeyd olunmalı, fəal iştirakçılar mükafatlandırılmalı və onlara fərqləndirici statuslar verilməlidir. Valideynlərlə sıx əməkdaşlıq qurulmalı, onlara da övladlarının hələ tədris prosesinin vacib mərhələsində olduqları izah edilməlidir. Valideyn dəstəyi burada çox önəmlidir, çünki şagirdlər evdə də bu məsələ ilə bağlı motivasiya almalıdırlar”.

“Müəllim və valideynlər birgə səylə şagirdlərin tədrisə marağını qoruyub saxlamağa çalışmalıdırlar”

O vurğulayıb ki, dünya təcrübəsində də buna oxşar yanaşmalar mövcuddur: “Məsələn, Finlandiyada şagirdlərin maraqlarına uyğun fərqli dərs formatları tətbiq olunur və belə dərslər dərs ilinin sonuna qədər keçirilir. Cənubi Koreya və Yaponiyada isə son siniflərdə tədris tamamilə universitetə hazırlığa yönəlir, amma məktəb dərslərin ciddi şəkildə keçirilməsinə davam edir. Bu ölkələrdə yekun və ixtisas imtahanları, əsasən, dərs ili bitdikdən sonra keçirilir ki, şagirdlər tam fokuslana bilsinlər. Məncə, Azərbaycanda da bu məsələnin yenidən dəyərləndirilməsi və imtahan tarixlərinin dərs ilinin sonuna yaxın təyin edilməsi müzakirə mövzusu ola bilər. Belə olan halda həm tədris ilinin məzmunu daha məqsədyönlü olar, həm də şagirdlər dərslərə daha ciddi yanaşarlar. Nəticə olaraq, hazırkı vəziyyətdə məktəblər, müəllimlər və valideynlər birgə səylə şagirdlərin tədrisə marağını qoruyub saxlamağa çalışmalıdırlar. Dərslərin məzmununun dəyişdirilməsi, fərqli yanaşmaların tətbiqi və psixoloji dəstək bu prosesi asanlaşdırar”.

“Buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər”

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə də məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verib. O bildirib ki, imtahanların mart-aprel aylarında təşkili tədris prosesi, eyni zamanda, dərslərdə davamiyyətə təsir edən amil kimi göstərilə bilməz: “Çünki buraxılış imtahanları cəmi 3 fənn üzrə keçirilir və attestasiya prosesi bununla yekunlaşmır. Məktəbin özündə də bu 3 fənlə yanaşı, əlavə 12 fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiymətləndirilməsi aparılır. Qaydalara əsasən, dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti “2” olan buraxılış sinif şagirdlərinin yekun attestasiyası aparılmır. Yəni 3 fənn üzrə buraxılış imtahanı vermək o demək deyil ki, siz artıq məktəbi bitirmisiniz. Məktəb tərəfindən şagirdlərin 15 fənn üzrə yekun qiymətləndirilməsi aparılır”.

Xanlar Xanlarzadə qeyd edib ki, 2017-ci ildən 9, 2019-cu ildən isə 11-ci siniflərdə tətbiq olunan modelə əsasən, imtahanlarda qapalı tipli tapşırıqlarla yanaşı, yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunur: “Həmin vaxtdan imtahanlar mart-aprel aylarında keçirilir. Çünki yazılı cavab tələb edən tapşırıqların yoxlanılması markerlər tərəfindən həyata keçirilir və onların yoxlanılması vaxt tələb edir.

Bundan başqa, nəzərə alınmalıdır ki, fənn kurikulumlarına görə, 1-dən 11-ci sinfədək ayrı-ayrı fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə müəyyən bacarıqlar formalaşır”.

DİM rəsmisi qeyd edib ki, kurikulumların mahiyyətinin yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan buraxılış imtahanlarında əsas etibarilə bacarıqlar yoxlanılır və qiymətləndirilir: 

“Tədris proqramlarına görə, xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə əsas bilik və bacarıqlar dərs ilinin birinci yarımilində formalaşmış olur. Ona görə də imtahanların mart-aprel aylarında keçirilməsi iştirakçılarda narahatlıq yaratmamalıdır. Buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər”.

Şərhlər

Xəbər lenti

12 mart, 11:48

Uşaq müəssisəsini tərk edəcək uşaqlara psixoloji dəstək göstəriləcək

12 mart, 11:28

Uşaqlar oktyabradək qış, mayadək yay geyimləri ilə təmin olunmalıdır – TƏLƏBLƏR

12 mart, 10:57

Səhhətində problem olan uşaqlarların qidalanması ilə bağlı YENİ TƏLƏB

12 mart, 10:39

Biləsuvarda 40 il öncə hansı təhsil yeniliyi olmuşdu? - Araşdırma

12 mart, 10:28

Uşaq müəssisələrinin xidmətlərinin keyfiyyət tələbləri təsdiqlənib

12 mart, 10:17

Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.