Bütün xəbərlər
8 yanvar, 10:18

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu beş gün davam edərək uğurla yekunlaşıb. 

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və AzMİU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə reallaşan forum “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində həyata keçirilib.

Ölkəmizin ev sahibliyi edəcəyi COP29 tədbirinə töhfə vermək, tələbələr arasında ekoloji şüuru yüksəltmək istiqamətində mühüm addım olan forum 1000-dən çox tələbə və müəllimi bir araya toplayıb.

Forumun ilk günü açılış mərasimi və üç əsas panel müzakirələrlə yadda qalıb. Panel müzakirələr “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” mövzuları ətrafında olub. 500-dən çox iştirakçının qatıldığı bu müzakirələrdə dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri və ekoloji davamlılıq mövzuları sahə mütəxəssislərinin çıxışları ilə geniş müzakirə olunub.

Bununla yanaşı, “İkinci həyat – dizaynerlərin gözü ilə” adlı tullantılardan hazırlanmış maket sərgisi ilk günün diqqət çəkən tədbirlərindən biri olub.

Növbəti günlərdə isə tələbələrin iştirakı ilə müxtəlif ekoloji tədbirlər keçirilib. Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin təşkil etdiyi “BrainStorming” yarışında 110-dan çox tələbə bir araya gələrək ekoloji problemlərin həlli üçün innovativ ideyalar təqdim edib. Onlar eyni zamanda ekoloji mövzuda biliklərini nümayiş etdirib.

TGT-nin nəzdində CreArt Klub tərəfindən tələbələr üçün iki vörkşop da təşkil olunub. Vörkşoplarda 150-dən çox tələbə iştirak edib, onlar tullantılardan maketlər hazırlayıb, dibçəklər üzərində rəsmlər çəkərək ekoloji problemlərə nəzər yetiriblər. Forumun önəmli hissələrindən biri isə Xəzər sahillərində təşkil olunan təmizlik aksiyası olub. 100-dən çox tələbə bu aksiyaya qatılaraq sahillərin tullantılardan təmizlənməsinə öz töhfələrini veriblər. Bundan əlavə, 120-dən çox tələbə Bakının xüsusi seçilmiş ərazisində genişmiqyaslı ağacəkmə aksiyasında iştirak edib. Aksiyalar təbiəti qorumaq, ekoloji davamlılığı təşviq etməkdə mühüm rol oynayıb.

Forumun yekununda universitetin həyətində 150 nəfərin iştirakı ilə fləşmob təşkil edilib.

Qeyd edək ki, forum AzMİU tələbələrinin ekoloji problemlərin həllinə verdikləri töhfələri, yaşıl dünya naminə həmrəyliyin gücünü və bir neçə həftə sonra gerçəkləşəcək COP29 konfransına dəstəklərini nümayiş etdirmək məqsədi daşıyıb.

AzMİU tələbələrinin COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində göstərdikləri fəal iştirak ekoloji problemlərin həllinə gənclərin mühüm töhfəsini ortaya qoyur, o cümlədən onların ətraf mühitə olan məsuliyyətlərini gücləndirir.

1 /11

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.