Bütün xəbərlər
6 dekabr, 15:22

2024-2025-ci tədris ilində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində “Peşə təmayüllü siniflərin təşkili” daha da genişləndirilib.

Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq regional təhsil idarəsindən məlumat verilib. Bildirilib ki, hazırda “Peşə təmayüllü siniflərin təşkili” layihəsi üzrə Dağlıq Şirvan Regionu üzrə Ağsu rayonundan 2 məktəb - Ağsu şəhər 3 nömrəli məktəbdə X, XI siniflər üzrə, və Ağsu şəhər 4 nömrəli tam orta məktəbində X, XI siniflər üzrə, Qobustan rayonundan bir məktəb - Qobustan şəhər 1 nömrəli tam orta məktəbində X, XI siniflər üzrə, Şamaxı rayonundan bir məktəb -Şamaxı şəhər iki nömrəli tam orta məktəbində XI sinif, İsmayıllı rayonundan iki məktəb - İsmayıllı şəhər 3 nömrəli ta orta məktəbində X, XI siniflər, İsmayıllı rayon Sumağallı kənd tam orta məktəbində XI sinif, olmaqla ümumilikdə region üzrə  6 məktəbdə 10sinfi,  180 şagirdi və 30 müəllimi əhatə edir.

Cari tədris ilində layihə çərçivəsində dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası və santexnik, mebel quraşdırma, aqronom, dərzi peşə ixtisasının tədrisinə başlanılıb.Peşə təmayüllü siniflərdə dərs deyən müəllimlərinin bilik və bacarıqlarının artırılması məqsədilə vaxtaşırı təlimlər təşkil edilir” deyə regional idarədən bildirilib.

Peşə təmayüllü siniflərin iştirakı ilə bir sıra sosial layihələr də həyata keçirilir. Belə ki, ötən tədris ilində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən məktəblərin peşə təmayüllü siniflərinin şagirdləri ilə "Təbiət bizik" sosial-ekoloji düşərgəsi təşkil olunub. İsmayıllı rayonu, Şahdağ Milli Parkında təşkil olunan düşərgədə şagirdlər üçün müxtəlif mövzularda təlimlər, interaktiv və əyləncəli müsabiqələr təşkil olunub. Müsabiqələrdə qalib gəlmiş şagirdlərimiz hədiyyə və sertifikatla təltif ediliblər.

Qeyd edək ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Şərhlər

Xəbər lenti

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.