
“Hər il olduğu kimi, müxtəlif ixtisas qruplarında rəqabətin səviyyəsi fərqlidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, cəmiyyətin əsas maraqlandığı məsələlərdən biri keçid ballarının artıb-azalmasıdır:
“Ancaq bildiyiniz kimi, keçid balları birbaşa müsabiqənin nəticələrinə əsasən formalaşır. Keçid balları ilə bağlı dəqiq proqnoz yalnız plan yerləri “Abituriyent” jurnalında dərc edildikdən və balların interval üzrə paylanması məlum olduqdan sonra vermək mümkündür. Məsələn, ənənəvi olaraq III ixtisas qrupunun müəyyən ixtisaslarında, IV qrupda isə “Tibb” ixtisası üzrə rəqabət yüksək olur. I qrupda isə kompüter elmləri və informasiya təhlükəsizliyi sahələri üzrə müsabiqə daha kəskin keçir. Yəni əvvəlki illərdə olduğu kimi, bu il də həmin ixtisaslar prioritet olacaq və rəqabət daha güclü müşahidə ediləcək”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər