Bütün xəbərlər
23 iyul, 17:10

Nigar Səfərzadə uşaqlıqdan yemək bişirməyə, fərqli dadlar yaratmağa həvəs göstərib. Yeməyin təqdimatına da çox önəm verib. Özünü aşpaz kimi xəyal edib, öz gözündə məşhurlaşıb. Yeməkləri özünəməxsus təqdim etdiyindən hər kəs onu bəyənib. Bir yeyən bir daha onu unutmayıb. Nigar deyir ki, həmişə bu arzusunu həyata keçirmək üçün çalışıb: “Nəhayət, 22 yaşımda bu yolda ciddi addım atdım. Təhsil almaq üçün Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə daxil oldum”.

Əmək bazarına manikürçü kimi daxil oldu

Bəs 22 yaşına qədər nə işlə məşğul olub? Təbii ki, adıçəkilən Peşə Təhsil Mərkəzi onun ilk məktəbi olmayıb. Əvvəlcə ümumtəhsil müəssisəsində - Bakı şəhəri 49 nömrəli "İntellekt" məktəb-liseydə tam orta təhsil alıb. Sonra, yəni hələ xəyalında ərzaq kəsib-doğramaq varkən, o dırnaq kəsib, daban yonub: “Məktəbi qurtarandan sonra bir müddət heç bir işlə məşğul olmadım. Sonra manikür\pedikür kursuna getdim. Bu sahədə müəyyən uğur qazanırdım. Amma heç ürəyimcə deyildi. Özümü manikürçü kimi görmürdüm. Artıq bir peşəm vardı, amma ürəyimcə olan peşə deyildi”.

Bir videoçarxla ayağına gələn fürsət

Günlərin birində ağlına yeni fikir salan bir videoçarx izləyib. Sosial şəbəkələrdə qarşısına çıxan bu videoçarx dual təhsil modeli haqqında idi: “Mənə çox maraqlı gəldi. Tərəddüdlərim olsa da, aşpazlıq üzrə müraciət etməyə qərar verdim. portal.edu.az platforması vasitəsilə elektron qaydada müraciət etdim. Xatırladım ki, peşə təhsili müəssisələrinə tələbə qəbulu yalnız portal.edu.az platforması vasitəsilə elektron qaydada və tamamilə ödənişsiz həyata keçirilir. Mən də bu fürsəti qaçırmayaraq tələb olunduğu qaydada müraciət etdim, ancaq bu barədə heç kimə heç nə demədim. Qəbul olunduqdan sonra ailəmə xəbər verib onları da sevindirdim. Onların məndən çox sevinəcəyinə əmin idim. Çünki məni aşpaz görmək, artıq dünyasını dəyişən anamın arzusu, ən çox dilə gətirdiyi xəyalı idi. Hər zaman deyərdi ki, qızım aşpaz olacaq. İndi anam yoxdur, amma mən aşpazam. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsilinə başladığım gündə özümü belə hiss edirəm”.

Nigar Səfərzadənin fikrincə, mərkəzin dual təhsil sistemi onun üçün böyük bir fürsət olub: “Burada həm nəzəri biliklərimi möhkəmləndirdim, həm də 5 ulduzlu hotellərdə təcrübə keçmək qazandım. Təhsil müddətində müəllimlərimin səbirli dəstəyi, zəngin bilikləri və hər zaman yol göstərmələri mənim üçün çox dəyərli idi. Onlar mənə təkcə aşpazlığı öyrətmədi, həm də əzmli olmağı, inamla irəliləməyi aşıladılar. Odur ki, hər zaman müəllimlərimin əziyyətini və qayğısını minnətdarlıqla xatırlayıram”.

“Hər gün yeni bir texnika, yeni bir təqdimat, yeni bir sirr öyrənirdim”

Bir il ərzində “JW Marriott”da keçdiyi təcrübə gənc aşpaz üçün Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində verilən peşə təhsili qədər qiymətli olub: “Praktika dövründə dəyərli ustalarım və təcrübəli şeflərim mənə dəstək oldular. Onlar mənə, sadəcə yemək bişirməyi öyrətmədilər, həm də mətbəx intizamını, yeməyin hər detalında dəqiqliyi, komanda ilə işləməyin əhəmiyyətini aşıladılar. Şeflərim hər zaman səbirlə izah edir, xırda səhvlərimi belə göstərir, onları necə düzəltməli olduğumu bir-bir başa salırdılar. Onların yanında həm güvən, həm məsuliyyət hiss edirdim. Hər gün yeni bir texnika, yeni bir təqdimat, yeni bir sirr öyrənirdim. Bu gün öz işimdə daha cəsarətli və dəqiq addımlar atıramsa, bu, məhz şeflərimin peşəkarlığı və öyrətmək həvəsi sayəsindədir”.

Təcrübəçi kimi başlayan şeflik

Hazırda təcrübə keçdiyi hotelin restoranında “Soyuq qəlyanaltılar” bölməsinin şefidir: “İlk maaşımı alanda hiss etdiyim qürur və sevinc mənim üçün unudulmazdır. Bu həm böyük motivasiya idi, həm də özüm üçün bir sübut idi ki, zəhmət həmişə bəhrəsini verir. İnanıram ki, hər kəsin təhsil almaq və özünü inkişaf etdirməsi üçün imkanlar var. Yaşın, keçmişin və vəziyyətin heç bir fərqi yoxdur. Əsas odur ki, mövcud imkanlardan istifadə edə biləsən”.

“Gənc qadın olaraq bir addım da irəli getməyə çalışıram”

Nigar üçün ən böyük şanslardan biri məhz dual təhsil sistemidir: “Fürsətlərdən düzgün istifadə etmək və doğru yolda irəliləmək əvəzsizdir. Gənclərə demək istəyirəm ki, qaçırdıqları şansların arxasınca təəssüflənməklə ömür keçməz, heç kim üçün heç vaxt heç nə gec deyil. Yeni fürsətlərə baxmaq, daha böyük şansları dəyərləndirmək lazımdır. İnsan oxuyaraq, çalışaraq, öyrənərək öz ayaqları üzərində dayana bilər. Səbir və əzm varsa, hər hədəfə çatmaq mümkündür. Mənim hekayəm də bunun sübutudur. Bu gün gənc qadın olaraq daha bir addım atmağa, bir addım da irəli getməyə, hər gün yeni yaranan arzularımı reallaşdırmağa çalışıram”.

1 /3

Şərhlər

Xəbər lenti

23 iyul, 19:24

Təhsil proqramları mərhələli şəkildə təsdiqlənəcək

23 iyul, 16:22

Məktəbəhazırlıq yeni ünvanlarda: Beynəlxalq təcrübə Azərbaycana gətirilir

23 iyul, 16:19

İkili diplom proqramları təhsilimizə nə vəd edir...

23 iyul, 15:34

Sabahdan magistraturaya qəbul olunanların elektron sənəd qəbuluna start verilir

23 iyul, 14:31

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli oldu 

23 iyul, 14:14

BSU müəllim olmaq istəyən oğlan tələbələrinə təqaüd verəcək

23 iyul, 14:01

Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

23 iyul, 13:50

İdris İsayev: İkili diplom proqramlarının tətbiqi universitetlərimizin reytinqlərdəki mövqeyini yüksəldəcək

23 iyul, 12:44

Abşeron–Xızı RTİ tabeliyindəki müəssisələrdə yoxlama: nöqsanlar aşkarlandı

23 iyul, 12:34

Sabahın hava proqnozu açıqlanıb

23 iyul, 12:22

Musiqi sənəti üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

23 iyul, 11:17

DİM təsviri sənəti seçən abituriyentlərin müraciətlərinə baxacaq

23 iyul, 10:25

Zəhmətin bəhrəsi: Qızıl nişanlı məzunlar danışırlar

23 iyul, 09:18

ADA Universiteti DİM balı ilə müraciət edənlərə hansı təqaüd imkanları yaradır?

23 iyul, 09:09

Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıblar

22 iyul, 21:43

Prezident media nümayəndələrinə müraciət edib

22 iyul, 19:45

Magistratura üzrə ixtisas seçiminin nəticələri açıqlandı

22 iyul, 17:49

Ali təhsildə “LinkedIn”dən istifadə imkanlarının artırılması müzakirə edilib

22 iyul, 17:10

6 ayda EATDA-ya 39 mindən çox müraciət daxil olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.