Bütün xəbərlər
11 aprel, 15:05

Sosial medianı yaxşı bilən pedaqoqlar illərlə vaxt sərf edərək əvvəllər Twitter kimi tanınan platformada peşəkar öyrənmə şəbəkələri (PLN) qurmuşdular. Bu şəbəkə bütün dünya üzrə müəllimlər otağına bənzəyirdi. Burada təhsil mövzularında müxtəlif müzakirələrlə yanaşı, problemlərin həllində professional dəstək almaq, özünə həmfikir tapmaq, ideyaları bölüşmək mümkün idi. Pandemiya dövründə bir çox pedaqoqlar bu platformada gündəlik virtual görüşlər keçirir, qruplararası danışıqlara moderatorluq edirdi. Son illər bu platforma professional şəbəkələrin fəaliyyətini məhdudlaşdırdığından müəllimlər alternativlər axtarırdılar.

Belə bir alternativin Bluesky olduğu artıq təsdiqlənib. Tanınmış elm və ictimai xadimlərin X (keçmiş Twitter) hesablarını bağlayıb Bluesky-a keçməsi pedaqoqları qurduqları professional şəbəkələri də bura köçürməyə sövq edib.

Bluesky Twitter-in təsisçiləri tərəfindən 2021-ci ildə yaradılsa da, yalnız indi müəllimlər üçün əhəmiyyətli bir peşəkar inkişaf vasitəsinə çevrilməkdədir. Bu şəbəkə müəllimlərin öz biliklərini artırmasına və digər peşəkarlarla əməkdaşlığına şərait yaradır. Bluesky-dakı "Starter Pack" (başlanğıc paketi) funksiyası müəllimlərə özlərini inkişaf etdirmək üçün etibarlı mənbələrə və həmkarlarına qoşulmaq imkanı yaradır.

Bluesky istifadəçiləri öz xəbər lentlərini fərdiləşdirməklə yalnız maraqlarına uyğun məzmunla qarşılaşırlar. Müəllimlər öz sahəsi üzrə fərqli mütəxəssislərdən dərs ala və onları fəaliyyətlərinə tətbiq edə bilərlər.

Bluesky-ın ən önəmli xüsusiyyətlərindən biri onun mərkəzləşdirilməmiş strukturu və istifadəçinin fərdi nəzarətidir. Ənənəvi sosial media platformalarından fərqli olaraq, Bluesky istifadəçilərin fəaliyyətinə daha az müdaxilə etməklə onlara azadlıq verir. Müəllimlər öz məlumat və kontentlərini paylaşarkən təhlükəsizlik qaydalarına ciddi əməl olunduğunu hiss edirlər. Bu xüsusiyyət müəllimlərin şəxsi məlumatlarının qorunmasına və onların yalnız öz istədikləri auditoriyaya informasiya təqdim etmələrinə imkan yaradır.

Bluesky müəllimləri sosial şəbəkələrdə daha məhsuldar müzakirələr aparmaq üçün məkanla təmin edir. Bu, xüsusilə təhsil sahəsindəki dəyişiklikləri izləmək və müzakirə etmək istəyən müəllimlər üçün faydalıdır. Burada müəllimlər üçün faydalı resurslar #EduSky adı altında birləşdirilib. Aydındır ki, bu haştaq peşəkar əlaqələr axtaran pedaqoqların bir-birini tapmasını asanlaşdırır.

Bluesky-ın digər platformalardan üstünlüklərindən biri də burada heç bir alqoritmin olmamasıdır. Bluesky-da istifadəçi şəffaflığı əsas xüsusiyyətlərdən sayılır. E-poçt, doğum tarixi və telefon kimi şəxsi məlumatlar yalnız istifadəçi icazə verdiyi halda açıqlana bilər.

Təhsil problemlərini işıqlandıran “Rethinking Learning” podkastının müəllifi və aparıcısı Barbara Bray platformanın yeni istifadəçilərinə bu məsləhətləri verib: “Bluesky hər gün böyüyür. Qoşulmazdan əvvəl başqalarının sizinlə bağlı daha çox məlumat əldə etməsi üçün profildə özünüz haqda vacib məlumatları yazın. Sizinlə oxşar maraqları olan insanları izləyin. Təhsil resursları və ideyalara söykənən yazılar əlavə edin. Nə qədər çox postu bəyənib şərh etsəniz, platforma ilə bir o qədər güclü əlaqələriniz formalaşacaq. Bluesky-da başqalarına hörmətlə yanaşmaq çox vacibdir”.

Platformanın müsbət cəhətləri:

  • Məxfilik və şəffaflıq:

Platforma istifadəçi məxfiliyinə və şəffaflığına xüsusi diqqət yetirir. İstifadəçinin fəaliyyəti ictimai olsa da, şəxsi məlumatları məxfi qalır.

  • İcma mühiti:

Bluesky icma mərkəzli bir mühit yaradır. “Başlanğıc paketləri” və “seçilmiş siyahılar” kimi xüsusiyyətlərlə pedaqoqlar etibarlı və həmfikir şəxslərlə əlaqə saxlayaraq öz PLN-lərini tez bir zamanda yenidən qura bilərlər.

  • Yenilikçi xüsusiyyətlər:

Platforma pedaqoqların fərdi lentlər yaratmaq, #EduSky və #BlackEduSky kimi icma tərəfindən idarə olunan təşəbbüslərdə iştirak etmək bacarıqlarını inkişaf etdirir.

  • Yeni başlanğıc:

Çoxları üçün Bluesky Twitter-i xarakterizə edə bilən qarışıqlıq və səs-küydən təmizlənmiş yeni bir başlanğıcdır. Burada izləyici bazasının böyük olmaması təzyiqlə üzləşmədən mənalı qarşılıqlı əlaqələr qurmaq şansı təqdim edilir.

Platformanın mənfi tərəfləri:

  • Daha kiçik istifadəçi bazası:

Yeni platforma kimi Bluesky Twitter ilə müqayisədə daha kiçik istifadəçi bazasına malikdir. Burada fəal iştirakçıya çevrilmək onun xüsusiyyətlərini öyrənmək və yeni professional şəbəkələr qurmaq üçün zaman və səy tələb edir. Bluesky-ın unikal xüsusiyyətlərindən səmərəli istifadə edəcəyini anlamaq üçün istifadəçilərə çox vaxt lazım olacaq.

  • Məhdud xüsusiyyətlər:

İlkin mərhələdə Bluesky Twitter-in təklif etdiyi bəzi qabaqcıl xüsusiyyətlər və inteqrasiyadan məhrum ola bilər ki, bu da məzmun mübadiləsi üçün müəyyən çatışmazlıq yarada bilər.

  • İctimai fəaliyyət:

Şəffaflıq nə qədər faydalı olsa da, Bluesky-da istifadəçi fəaliyyətinin ictimai xarakteri onlayn qarşılıqlı əlaqədə daha çox məxfiliyə üstünlük verənlər üçün narahatlıq yarada bilər.

  • Qeyri-müəyyən gələcək:

İnkişaf etməkdə olan bir platformada istifadəçilər şəbəkə qurmağa sərmayə qoymaqda tərəddüd edə bilərlər. Bluesky ciddi istifadəçi nəzarəti və icma ilə perspektivli əlaqələr qurmaq üçün alternativ təklif etsə də, potensial istifadəçilər yeni və inkişaf edən platformaya keçidin çətinliklərini də nəzərə almalıdırlar.

Bunlara baxmayaraq, Bluesky platforması, müəllimlər üçün güclü bir peşəkar inkişaf vasitəsidir. Burada təhsil sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Platformanın mərkəzləşdirilməmiş strukturu və fərdiləşdirmə imkanı müəllimlərə daha məhsuldar iş mühiti yaratmaq üçün geniş imkanlar təqdim edir. Müəllimlər Bluesky vasitəsilə təhsil şəbəkələrini genişləndirə, peşəkar inkişaflarını izləyə və təhlükəsiz bir şəkildə məlumat mübadiləsi edə bilərlər. Sosial medianı tədqiq edən mütəxəssislərin proqnozlarına görə, Bluesky gələcəkdə təhsil sahəsində daha böyük rol oynayaraq, müəllimlərin tədris metodlarını və yanaşmalarını təkmilləşdirməyə davam edəcək.

Məqalə “Edutopia.org”-un materialları əsasında hazırlanıb.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

12 aprel, 18:07

Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyən gənclərin NƏZƏRİNƏ!

12 aprel, 16:45

Samir Babayev: Altı illik Tibb və dörd illik Tibb bacısı təhsili bu il başlanır

11 aprel, 21:00

300 balı necə topladılar? – Ən yüksək nəticə göstərənlər uğur sirlərini açıqladılar

11 aprel, 19:42

Məhkəmə işdən çıxarılan bağça müdirinin iddiasını təmin etməyib

11 aprel, 18:18

Bakı Avrasiya Universitetində “TələbəPlus” ilə bağlı məlumat sessiyası keçirilib

11 aprel, 17:55

Parlaq nəticə: Hədəfi olan gənclərin hekayəsi

11 aprel, 17:42

“Müasir metodist” layihəsi çərçivəsində müsahibə mərhələsi davam edir

11 aprel, 17:38

ADPU tələbələri “Piroqov” interaktiv cihazı ilə tanış olublar

11 aprel, 17:27

"Buraxılış imtahanından sonra şagirdləri məktəbə cəlb etmək çətin olur"

11 aprel, 17:02

Gəncə Dövlət Peşə Təhsili Mərkəzində ofisiant və barmen ixtisasları təlimlər başa çatıb

11 aprel, 16:45

BDU və “Bayraktar Texnologiya Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb

11 aprel, 16:38

IV və VI siniflərdə monitorinqin sınaq mərhələsi keçiriləcək

11 aprel, 16:32

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə 1552 layihə təqdim edilib

11 aprel, 15:46

8-ci sinif şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılıb

11 aprel, 15:41

Kimisi üçün sürpriz, kimisi üçün gözlənilən oldu – Ən yüksək bal toplayanlarla söhbət

11 aprel, 15:35

““Scopus” bazasında məqalələrin nəşri” mövzusunda elmi-praktik seminar keçirilib

11 aprel, 15:33

AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru Yeni Klinikada master-klas keçib

11 aprel, 14:43

RFO-da riyaziyyat fənni üzrə 9 sual səhv olub? – ARTİ aydınlıq gətirdi

11 aprel, 14:35

Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.