Bütün xəbərlər
3 iyun, 13:51

Artıq bütün dünyada yeniyetmə və gənclər arasında elektron siqaretlərin (e-siqaretlərin) istifadəsi ciddi ictimai səhiyyə problemi kimi geniş müzakirələrə səbəb olub.

Elektron nikotin ötürücü sistemləri (ENÖS) bütün dünyada, xüsusilə də yeniyetmə və gənclər arasında sürətlə populyarlıq qazanır. İnsanlarda bu məhsulların “daha təhlükəsiz alternativ” olması ilə bağlı yanlış təsəvvür formalaşıb. Halbuki bu məhsulların buxarlarında diasetil, tütünə xas nitrozaminlər və uçucu üzvi birləşmələr kimi zərərli maddələr var.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretlərin yeniyetmələr arasında artan istifadəsini “narahatedici tendensiya” kimi qiymətləndirir və onların sağlamlıq üçün zərərli olduğunu bildirir.

ÜST-nin Avropa nümayəndəliyi tərəfindən 2024-cü ildə yayılan hesabatda 15 yaşlı yeniyetmələrin 32 faizinin e-siqareti sınaqdan keçirdiyi, 20 faizinin isə son 30 gündə istifadə etdiyi bildirilib. Hesabatda vurğulanır ki, bu sahədə cinslər arasındakı fərq azalıb. Siqaret, alkoqol və e-siqarət istifadəsində qızlar oğlanlara çatır, bəzi hallarda isə onları ötür.

ÜST bildirir ki, son illər yeniyetmələr arasında alkoqol istifadəsi də geniş yayılıb. Hesabatda 15 yaşlı respondentlərin 57 faizinin alkoqolu sınaqdan keçirdiyi, 13 yaşlılarda bu göstəricinin 5, 15 yaşlılar arasında isə 20 faizə yüksəldiyi göstərilir. Bu, gənclər arasında alkoqolun getdikcə daha çox yayıldığını və müdaxilə tədbirlərinin zəruriliyini vurğulayır.

Həmin hesabata görə, 15 yaşlıların 32 faizi elektron siqaret, 25 faizi isə adi siqaret çəkir. 13 yaşlılar arasında bu göstərici müvafiq olaraq 16 faiz (e-siqaret) və 11 faiz (adi siqaret) olub.

Təşkilatın Avropa üzrə regional direktoru H.P. Kluge deyib ki, “Beyinin inkişafı 25 yaşa qədər davam etdiyindən çalışmalıyıq ki, heç olmasa, o yaşadək yeniyetmə və gəncləri zərərli və asılılıq yaradan məhsullardan qoruyaq. Bizim məqsədimiz hər bir uşağın həyata daha sağlam başlamasıdır”.

“The Gardian” qəzeti Mançester Metropolitan Universitetinin bu mövzuda tədqiqatının nəticələrini açıqlayıb. Universitet əməkdaşları 60 nəfər 20 yaşlı gənci sabit velosiped üzərində test edib. Üç qrupa bölünən gənclərin 20-si siqaret və ya elektron siqaret istifadə etməyən, 20-si azı iki ildir elektron siqaret çəkən, qalan 20-si isə ən azı iki ildir siqaret çəkən şəxslər olub.

Nəticələr açıqlanarkən e-siqaret istifadəçilərinin orta “maksimal fiziki güc göstəricisi” siqaret çəkənlərin göstəricisinə yaxın, lakin siqaret və ya elektron siqaret çəkməyənlərlə müqayisədə xeyli aşağı olub. Bundan əlavə, e-siqaret və siqaret istifadəçiləri oksigen qəbulunda da çətinlik çəkiblər. Dəqiqədə müvafiq olaraq 2,7 litr və 2,6 litr olan bu göstərici siqaret və e-siqaret çəkməyənlərdə 3 litr olub.

Həmçinin qan analizləri və ultrasəs müayinələri göstərib ki, siqaret və e-siqaret istifadəçilərinin qan damarları siqaret çəkməyənlərə nisbətən zəif işləyir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) araşdırmasına görə, yeniyetmələrdə nikotinin istifadəsi beyinin inkişafında gecikməyə və asılılıq riskinin artmasına səbəb olur.

Bundan əlavə, bu qruplar test zamanı daha çox nəfəs darlığı, ayaq əzələlərində güclü yorğunluq və qanlarında əzələ yorğunluğunun göstəricisi olan laktat səviyyəsinin yüksəkliyi ilə qarşılaşıblar.

Bu maddələr yeniyetmələrin beyin inkişafına mənfi təsir göstərə, ciddi yaddaş və diqqət problemlərinə də səbəb ola bilər.

Tibbi tədqiqatlar göstərib ki, elektron siqaret istifadəsi DNT-ni dəyişməklə xərçəng riskini artıra, beyinlə yanaşı başqa daxili orqanlara da zərər verə bilər. İmperial Kollecin ictimai səhiyyə üzrə dosenti F. Filippidisin sözlərinə görə, “E-siqaretlər yeniyetmə və gənclərə ucuz qiymətə, cəlbedici dadlarla təqdim olunur. Nəticədə, daha çox gənc uzunmüddətli sağlamlıq risklərindən xəbərsiz şəkildə bu vərdişi mənimsəyir”.

Britaniya hökuməti “Tütün və e-siqaretlər Qanunu” vasitəsilə uşaqlara yönəlmiş “məsuliyyətsiz” marketinqin qarşısını almaq və siqaretin mərhələli şəkildə qadağan edilməsi layihəsi üzərində işləyir.

Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrdə birdəfəlik e-siqaretlərin satışına qadağa qoyulması planlaşdırılır.

Bu ölkələrdə maarifləndirməyə xüsusi diqqət yetirilir. Məktəblərdə və ictimai yerlərdə e-siqaretin zərərləri haqqında məlumatlandırma kampaniyaları təşkil olunur.

UNICEF və Avropa Komissiyası arasında 2025-ci ildə başlayan üçillik tərəfdaşlıq çərçivəsində Avropa ölkələrində uşaqların və yeniyetmələrin sağlamlıq nəticələrinin yaxşılaşdırılması xüsusi hədəf kimi qoyulub. Bu təşəbbüs mental sağlamlıq problemləri, artan piylənmə və uşaqlar arasında e-siqaret və alkoqol istifadəsinin kütləviləşməsi kimi məsələləri əhatə edəcək.

Bir sıra beynəlxalq təşkilatlar yeniyetmələrin sağlamlığını qorumaq məqsədilə e-siqaretin və tütün məhsullarının dövriyyəsinin azaldılması üçün aşağıdakı tədbirlərin reallaşdırılmasını təklif edir:

– aksiz vergilərinin artırılması;

– satış saatlarının və yerlərinin məhdudlaşdırılması;

– bütün dadlandırıcı maddələrin qadağan olunması;

– kütləvi informasiya vasitələrində və sosial mediada reklamların və sponsorluğun tam qadağan edilməsi.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri qeyd edir ki, bu kimi tədbirlərin həyata keçirilməsi yalnız hüquqi mexanizmlərlə məhdudlaşmamalı, həm də maarifləndirici və tərbiyəvi yanaşmalarla müşayiət olunmalıdır. Məktəblərdə sağlam həyat tərzi təbliğ edilməli, ailə və cəmiyyətin rolu gücləndirilməlidir.

Azərbaycanda da yeniyetmələr arasında elektron siqaretlərin istifadəsinin artması narahatlıq doğurur. Elm və Təhsil Nazirliyi, eləcə də Səhiyyə Nazirliyi müəyyən maarifləndirmə tədbirləri həyata keçirsə də, UNICEF-in 2024-cü il məlumatlarına əsasən bu istiqamətdə daha sistemli profilaktik proqramlara ehtiyac var.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.