
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 18–22 may 2025-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, 100-dən çox ölkənin elm və təhsil nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı ilə təşkil edilən forum “Stabillikdən inkişafa doğru: Daha güclü, daha cəsarətli, daha yaxşı təhsili birlikdə qururuq” şüarı altında həyata keçirilir.
Forum çərçivəsində qlobal miqyasda təhsilin qarşısında duran əsas çağırışlar, innovasiya və rəqəmsallaşma, müəllim hazırlığı və beynəlxalq əməkdaşlıq kimi məsələlər müzakirə olunacaq.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər