Bütün xəbərlər
4 iyul, 17:12

"Biz buraxılış imtahanı ilə bağlı artıq bütün nəticələri paylaşa bilirik, göstəricilərimiz ötən illə müqayisədə minimum 20% artıb". 

"Azərbaycan müəllimi"xəbər verir ki,  bu sözləri Naxçıvanda 2024-2025-ci tədris ili üzrə nailiyyətləri olan şagirdlərin mükafatlandırılması tədbirində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib. 

O bildirib ki, Naxçıvan Təhsil Nazirliyi son 2 ildə fəaliyyətini daha çox şagird nailiyyətlərinin artırılması istiqamətində qurmağa çalışır: "Əsas hədəfimiz olimpiada nəticələrini yüksəltmək, müxtəlif fənn üzrə və müsabiqələrdə nəticələrimizi artırmaqdır. 

Bu il Respublika fənn olimpiadalarında nəticələrimiz ötən illə müqayisədə 50 faiz artıb.  Bu, kəmiyyət baxımından bizi qane etmir. Hədəfimiz RFO-da inkişaf göstəricilərinin faizlə deyil, bir neçə dəfə artmasıdır. Bunun üçün artıq yol xəritəmiz hazırdır. 

Son üç ildə nazirlik olaraq Yusif Məmmədəliyev adına kimya-biologiya olimpiadası, Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasını təsis etmişik. Hər iki olimpiadanın əsas  təşkilatçısı Azərbaycan Respublikası Təhsil İnstitutudur. Bu mərhələdə biz ona nail olmuşuq ki, əlimizdə  çox yaxşı istedad bankı formalaşıb. Biz həmin olimpiadalarda aşağı yaş qrupu üzrə güclü şagirdlərin iştirak etdiyinə inanırıq. Əlavə missiyasımız odur ki, onları beynəlxalq və ümumrespublika olimpiadalarına hazırlayaq. Bizim buna iddialı bir neçə şagirdimiz var. Əminik ki, bir neçə ildən sonra onlar ölkəmizə beynəlxalq medallar qazandıra biləcəklər".

Şərhlər

Xəbər lenti

30 avqust, 12:16

Xaçmaz rayonu üzrə 650 məzun tələbə oldu

30 avqust, 10:59

Azərbaycanlı Kanzas Dövlət Universitetində yüksək vəzifəyə təyin olunub

30 avqust, 09:08

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayıb

29 avqust, 18:28

MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

29 avqust, 17:23

Mühəndislikdə zərif güc: 50 qadın “Zərif mühəndislər”lə real istehsalata addım atdı

29 avqust, 17:01

İndiyədək 59 000-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib – TTKF

29 avqust, 16:59

Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi başlayıb

29 avqust, 16:52

Evdə təhsil ləğv olunmayıb – RƏSMİ AÇIQLAMA

29 avqust, 16:26

ICPC dünya finalının direktoru: Azərbaycan 6 aya hazırlıq görən ilk ölkədir – MÜSAHİBƏ

29 avqust, 15:40

ADNSU rəhbərliyi Vorvik Universitetində tədqiqat mərkəzləri ilə tanış olub

29 avqust, 14:51

ADPU-da “Mexanikada yeni trendlər” adlı elmi konfrans keçiriləcək

29 avqust, 14:47

Mil-Muğan regionunun 41 məktəbində tikinti və təmir işləri aparılır

29 avqust, 14:33

Region məktəbinin bütün məzunları tələbə oldu

29 avqust, 14:20

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri AÇIQLANDI

29 avqust, 14:08

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə imtahan keçirilib

29 avqust, 13:55

Yaşıl gələcək uğrunda: Təhsil və ekologiyada könüllü təşəbbüslər

29 avqust, 13:12

ADNSU Kitabxana informasiya mərkəzi oxuculara jurnal resurslarını təqdim edir

29 avqust, 12:26

Bu məzunlar rayon birinciləri oldular

29 avqust, 12:21

Təhsil haqqı üçün pul yoxdur? – Təhsil tələbə krediti ilə bağlı bütün detallar

29 avqust, 11:35

Bölgələrdə velosiped məşqçiləri üçün təlim keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.