Bütün xəbərlər
2 iyun, 17:33

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə “Əmək bazarı və sənaye 4.0 çağırışları” mövzusunda “dəyirmi masa” keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə tədris proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və mövcud proqramların onlayn tədris platformalarına inteqrasiyası ilə bağlı qlobal təcrübələr müzakirə edilib.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov təhsil sektorunun sürətlə dəyişən texnologiyalar dövrünə çevik uyğunlaşmasının elm və sənaye 4.0 klasterinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qlobal rəqabət mühitində uğur qazanmaq üçün texnoloji yeniliklərin mənimsənilməsi və tətbiqinin mühüm olduğu qeyd edilib.

Dünyanın aparıcı onlayn təhsil platformalarından olan “Coursera” şirkətinin Tərəfdaşlıqlar üzrə baş direktoru Larisa Vitkroft və Müştəri uğuru üzrə baş meneceri Vera İqnatyeva qlobal təcrübədə universitet proqramlarının dünyanın qabaqcıl texnologiya şirkətlərinin və kurs təminatçılarının təqdim etdiyi məzmunlara inteqrasiyası üzrə təqdimatla çıxış ediblər. Təqdimatda həmçinin Azərbaycan üçün uyğunlaşdırılmış məzmunların və lokal tərəfdaşlıq mexanizmlərinin imkanlarına da toxunulub.

Sonra iştirakçılar əmək bazarında yeni trendlər, rəqəmsal bacarıqların rolu və tədris proqramlarının bu dəyişikliklərə adaptasiyası barədə fikir mübadiləsi aparıblar.

1 /5

Şərhlər

Xəbər lenti

4 iyun, 12:37

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır?

4 iyun, 12:35

“Mənim hüququm var!”: Müəllim və şagirdlər hüquqlarından danışır

4 iyun, 12:27

Sabahın hava proqnozu açıqlanıb

4 iyun, 11:50

“Kid-Kod” layihəsinin bağlanış mərasimi keçirilib

4 iyun, 11:30

Sumqayıt fərqlənmə attestatı alan məzunlarının sayına görə birinci olub

4 iyun, 10:37

Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli 

4 iyun, 10:23

UNEC beynəlxalq reytinqdə irəliləyib

4 iyun, 10:23

“Müasir metodist” layihəsi çərçivəsində növbəti vebinar baş tutub

4 iyun, 09:43

Məcburi köçkünlər üçün qısamüddətli təlimlərinin təşviqi ilə bağlı tədbir keçirilib

4 iyun, 09:39

Yay Riyaziyyat Düşərgəsinə qeydiyyat davam edir

4 iyun, 09:15

İdmançımız beynəlxalq turnirdə uğur qazanıb

3 iyun, 20:25

BANM rektoru DAAD Regional Tbilisi ofisinin rəhbəri ilə görüşüb

3 iyun, 16:55

Fənn olimpiadaları: qısamüddətli uğur, ya inkişafa təkan? - ARAŞDIRMA

3 iyun, 16:46

AzMİU tələbələri III Respublika Olimpiadasında uğurla təmsil olunublar

3 iyun, 16:42

Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub

3 iyun, 16:34

Tədqiqatçılar üçün "Elsevier" məlumat sessiyası təşkil olunub

3 iyun, 16:24

Şagirdlərimizə öz davranışlarımızla nümunə olmalıyıq – 46 ilin müəllimi

3 iyun, 16:01

MÜTDA-dan attestatların verilməsi ilə bağlı ÇAĞIRIŞ

3 iyun, 15:49

ADPU-nun Şamaxı filialında “Məzun Günü” keçirilib

3 iyun, 15:39

Məktəbli qız voleybolçular Vətənə qayıdıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.