Bütün xəbərlər
4 sentyabr, 09:33

Məktəb dövrü yaxınlaşdıqca bəzi uşaqlarda həyəcan, qorxu və istəksizlik baş qaldırır. Havaların isti keçməsi isə uşaqlarda hələ də tətil ab-havası yaradır. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən 2025-2026-cı tədris ili üçün “Yay məktəbi” layihəsinə başlanılması şagirdlərə yeni tədris ilinə başlamaq üçün motivasiya yaradıb. 

Əyləncəli və öyrədici layihənin iştirakçıları “Azərbaycan müəllimi”nə öz təəssüratlarını bölüşüblər.  

Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinin həyətində və dəhlizlərində uşaq səsləri eşidilir. Yay tətili dövründə məktəbdə olmaq... Bu, bir neçə il əvvəl qeyri-mümkün görünən mənzərədir. Lakin bu gün uşaqlar könüllü olaraq bu yerə toplaşıb.

Əyləncəli və yaradıcı fəaliyyətlər öyrənməni maraqlı edir

Məktəbin dördüncü sinif şagirdi Xaliq Cəfərli: "Evdə boş oturmaqdansa,  məktəbə gəlmək daha yaxşıdır”. Bu sözlərdə təkcə uşaq həvəsi yox, həm də təhsil sistemində gedən köklü dəyişikliyin səsi eşidilir.

Xaliq Cəfərlinin sevimli anı sadə bir oyunla bağlıdır: “Bu gün “Musiqi ilə donmaq” oyunu oynadıq. Çox xoşuma gəldi".

“Yay məktəbi”nin yaratdığı atmosferi digər şagirdlər belə qiymətləndirirlər: 

Züleyxa Məmmədzadə: "Yay məktəbi daha yaxşıdır. İstərdim ki, “Yay məktəbi”nin günləri daha uzun olsun. Burada daha çox oyun oynayırıq və bu, mənim xoşuma gəlir".

“Cırtdan”a maraqla baxan Aylin Zeynalova isə “Yay məktəbi”nin hər il təşkil olunmasını arzulayır: “Yay məktəbi”nə gəlməmişdən əvvəl evdə bacı-qardaşımla, çöldə uşaqlarla oyunlar oynayırdım, amma yay məktəbində həm öyrənirik, həm də oyunlar oynayırıq. Sinif yoldaşlarımızla və müəllimimizlə çox maraqlı olur”. 

Lakin yay məktəbi yalnız oyunla məhdudlaşmır. Proqramın quruluşunu ibtidai sinif müəllimi Vəfa Baxşıyeva belə izah edir: “Sinifdə 40 şagird var. “Yaya məktəbi”nə 16 nəfər könüllü şagird gəlir. Çoxu yay tətili ilə əlaqədar burda olmadığına görə gələ bilmir. Dərs prosesi saat 9-dan 12-yə qədər davam edir. Bu layihənin əhəmiyyəti odur ki, 3-cü sinifdə keçirilən proqramı təkrarladırıq, şagirdlərin biliklərini yeniləyirik”.

Gündəlik olaraq şagirdlər müxtəlif filmlərə baxırlar, oyunlar oynayırlar, maraqlı mövzular əsasında proyekterdə görüntülər izləyirlər: “Çalışırıq ki, dərs prosesi maraqlı gəlsin, yorucu olmasın. Hətta mən istəyərdim ki, “yay məktəbi” daha uzunmüddətli olsun. Çünki uşaqlar yay tətilindən qayıdanda dərslərə tez adaptasiya ola bilmirlər. Amma düşünürəm ki, məktəbə belə tez gəlməklə onlar daha tez uyğunlaşacaqlar”. 

Doqquzuncular: İmtahan həyəcanı və “Yay məktəbi”

“Yay məktəbi”nin uğur sirrini 9-cu sinif şagirdi Aydan Hüseynova buraxılış imtahanına həm də hazırlıqda görür: “Burada biz riyaziyyat, ingilis və Azərbaycan dili fənlərini keçirik. Düzdür, hazırlıqlara da gedirəm, amma burada təkrarlarla yaddaşımı möhkəmləndirirəm. İnanıram ki, bu 12 gün mənə imtahanda çox kömək edəcək".

İngilis dili müəllimi Gülnarə Cəfərovanın doqquzuncu siniflərlə təcrübəsi fərqlidir: "Doqquzuncu siniflərin marağı daha yüksəkdir, çünki onlar bilirlər ki, tezliklə imtahan verəcəklər. Ona görə də onlarla daha çox dinləmələr və testlər edirik. Şagirdlər özləri üçün qeydlər aparır, sual-cavabda iştirak edirlər".

Oyundan həyat dərslərinə…

Bu layihənin daha bir maraqlı tərəfi isə dərslərin açıq havada keçirilməsidir. Musiqi sədaları altında şagirdlər müxtəlif oyunlar oynayır, rəsmlər çəkirlər. Görünən odur ki, müəllimlər də bu tədris prosesindən razıdırlar. Oyun müddətində onların da uşaqlıq ruhunu hiss etmək olurdu. 

Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə Əliyeva “Yay məktəbi”ni yeni nəsil üçün məktəbi maraqlı edən təşəbbüs kimi qiymətləndirir: “Düşünürəm ki, yay məktəbinin uşaqlar üçün əhəmiyyəti böyükdür. İndiki dövrün uşaqları üçün onları sinfə yığıb nələrisə təkrar eləmək  cansıxıcı görünür. Tətildən gəlirlər, adaptasiya olmaq üçün onları motivasiya etmək lazımdır. Eyni zamanda uşaqları sanki məktəbə hazırlamaq, sentyabrda  həvəslə, sevinclə məktəbə gəlmək üçün bir motivasiyadır. Misal üçün, 6-cı sinifdə birinci mövzumuz  mənəvi dəyərlərimiz haqqındaydı. Çox maraqla qulaq asırdılar.  İndiki uşaqlar yaşlarından asılı olmayaraq, əvvəlki nəsil ilə müqayisədə  çox açıqfikirlidirlər, həyata baxışları fərqlidir. Mənə elə suallar verirdilər ki, mənim özüm heyrətlənirdim, hətta elə şeylər var idi ki, onlardan öyrənirdim, onların həyata baxışı, İnsanlara, cəmiyyətə münasibəti  çox fərqlidir”. 

Səidə müəllim deyir ki, dərs prosesində mövzuları şagirdlərə daha yaxşı başa salmaq üçün hər hansı bir əsəri səhnələşdirirlər, filmlərə baxırlar və ya hadisəni həyatla əlaqələndirirlər. Müəllim əlavə edir ki, “Yay məktəbi” könüllü olduğuna görə demək olmaz ki, 100 faiz şagirdlərin hamısı gəlir. Amma gələnlər də həvəslidirlər: “Eləsi var tətilə getməyib və ya evin tək uşağıdır, onu çöldə oynamağa buraxmayıblar, o şagirdlərə xüsusilə maraqlı gəlir”. Səidə müəlim sonda bildirdi ki, builki yay məktəbi təcrübəsi göstərir ki, müasir müəllimlər artıq yalnız bilik ötürənlər deyil. Onlar həm də şagirdlərdən öyrənənlərdir, ənənəvi və müasir metodları birləşdirənlərdir, mənəvi dəyərlərin daşıyıcılarıdır və yaradıcı yanaşmaları tətbiq edənlərdir.

Onu da qeyd edək ki, “Yay məktəbi” layihəsinə 2024-2025-ci tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki 4, 6 və 9-cu siniflər üzrə nəticələri aşağı olan 68 məktəb qoşulub. 

1 /7

Şərhlər

Xəbər lenti

4 sentyabr, 11:06

Mil-Muğan regionunda sentyabr konfransı keçirilib

4 sentyabr, 10:25

Qazax-Tovuz regionunda sentyabr konfransı keçirilib

4 sentyabr, 09:48

Bu məktəblərə direktor təyinatları olub

4 sentyabr, 09:40

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

4 sentyabr, 09:32

Abşeron–Xızı regionunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

4 sentyabr, 09:29

ADNSU-da Türkiyə və ABŞ universitetlərinin professorları ilə görüş keçirilib

4 sentyabr, 09:26

“ChatGPT”də valideyn nəzarəti funskiyası olacaq

4 sentyabr, 09:22

ADNSU-da doktoranturaya qəbul imtahanı keçirilib

3 sentyabr, 18:11

DİM imtahan nəticəsini AÇIQLADI

3 sentyabr, 17:20

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla çıxış ediblər

3 sentyabr, 17:20

Naxçıvanda qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

3 sentyabr, 17:15

Nazir: Naxçıvan və Şahbuzun məzunları ilk beşlikdə yer alıblar

3 sentyabr, 17:13

İlk proqramçının izi ilə: Ramin Mahmudzadəyə həsr olunan final mərasimi keçirilib

3 sentyabr, 17:05

Fuad Nəcəfli: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”

3 sentyabr, 16:47

Rektor: “Dissertasiyalarda süni intellektdən istifadənin qarşısını almaq üçün səylər göstərilir”

3 sentyabr, 16:30

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

3 sentyabr, 16:26

Sentyabr konfransı: Təhsilin keyfiyyəti təhlil edildi, yeni yol xəritəsi cızıldı

3 sentyabr, 16:10

MDU-ya 116 yeni müəllim işə götürülüb

3 sentyabr, 15:54

Xırdalanda şagird sayı çoxalır, Xızıda azalır – Məsələ sentyabr konfransında gündəmə gətirildi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.