
Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "2024-2025-ci tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran hədəflər" mövzusunda sentyabr konfransı təşkil edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, iki gün davam edən konfransın ilk günündə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri və əməkdaşları, rayon təhsil sektorlarının müdirləri, məktəb rəhbərləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov ötən tədris ilinin yekunları ilə bağlı hesabat təqdim edib, bölgədə təhsilin inkişafı və qarşıda duran vəzifələrdən danışıb.
Konfransın gündəliyində rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, valideyn iştirakının təlim-tərbiyə prosesində rolunun artırılması kimi mövzulara xüsusi önəm verilib.
Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədəd Zeynalov və Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri Elməddin Zeynalzadə çıxış edərək hədəflər, onlara çatma üçün görülən işlər, nəticələrin yüksəldilməsi ilə bağlı çıxış ediblər.
Tədbirin çıxış edən digər təhsil işçiləri də yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivə uğurlar arzulayıblar.
Tədbir çərçivəsində təhsil işçilərinin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Görüş panel müşavirələrlə davam edib, iştirakçılar arasında səmərəli fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, sentyabrın 4-də müəllimlərin iştirakı ilə ibtidai təhsil səviyyəsi, Azərbaycan dili və riyaziyyat fənləri üzrə panel müzakirələr təşkil ediləcək.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər