Bütün xəbərlər
6 dekabr, 10:10

Deyirlər anadangəlmə fiziki imkanlarını itirmək alın yazısıdır. Doğrudur, bu, bəzi hallarda insanın həyata baxışını dəyişdirir, onu küskünləşdirir. Amma Tanrıdan gələn bu yaradılışa nikbin baxmaq, həyatın davam etdiyini dərindən dərk edib sosiallaşmaq, cəmiyyətə inteqrasiya olunmaq insanı pessimist duyğulardan azad edər, onu cəmiyyətdə daha düzgün yer tutmağa həvəsləndirər. 

Bu baxımdan fiziki imkanları məhdud şəxslərin yaxşı təhsil ala bilməsi onların cəmiyyətdəki rolunun daha da artırılması baxımından vacibdir. 

Ölkəmizdə bu kateqoriyadan olan insanların təhsilə cəlbi ilə bağlı son illər müvafiq dövlət proqramları qəbul edilib, sosial layihələr həyata keçirilib. Naxçıvan Muxtar Respublikasında yaşayan həssas kateqoriyadan olan insanlar da artıq illərdir ki, bu layihələrdən faydalanırlar.

Naxçıvanda 27 şagird distant təhsilə cəlb olunub

2021-ci ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb ki, onun da əsas vəzifəsi sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrinə gələ bilməyən uşaqların ümumtəhsil proqramlarının evdə mənimsəməsini təmin etməkdir. Bunun üçün məktəbin pedaqoji işçiləri müasir təhsil texnologiyalarından istifadə edirlər.

Biz də “Azərbaycan müəllimi” olaraq sözügedən mərkəzə üz tutduq. Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin üçüncü mərtəbəsində yerləşən mərkəzin 9 sinif otağı var. Hər otaqda elektron lövhə, kompüter, monitor və kamera quraşdırılıb.

Mərkəzin direktoru Gülsurə Süleymanovanın sözlərinə görə, uzaq məsafədən, sinifdən kənarda dərs keçməyə imkan verən bu mərkəz sağlamlıq imkanlarından məhrum olmuş uşaqların təhsilə əlçatanlığını təmin edir. Həmin uşaqların evində dövlət vəsaiti hesabına internetə çıxışı olan müasir kompüter dəsti, şəbəkə və səs avadanlığı quraşdırılıb. Mərkəzdə tədris yüngülləşdirilmiş qaydada, xüsusi tədris proqramına uyğun olaraq həyata keçirilir. Tədris 1-11 sinifləri əhatə edir. Eyni zamanda, distant dərs tədris edən müəllimlərin bu sahə üzrə peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlər təşkil edilir. 

Distant Təhsil Mərkəzinin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur İmamquliyeva bildirir ki, mərkəzdə 27 şagird distant təhsilə cəlb olunub. Tədrisin təşkili üçün şagirdlərin evlərinə internet xətti çəkilib, hər bir şagirdə 1 kompüter, məktəbli forması, dərs ləvazimatları və dərsliklər verilib. Dərsləri 17 müəllim keçir. Valideynlər də bu dərslərə qoşularaq tədrisin təşkilində müəllimlərə dəstək olurlar. 

“Distant təhsildən sonra aktivləşib”

Bəs, uşaqların dərslərdə iştirakı hansı səviyyədədir? Distant təhsilə cəlb olunan Aylinin valideyni Gülnar Süleymanova deyir ki, əvvəllər qızı üçün çox narahatlıq keçirirdi: “Müasir dövrdə uşağın inkişafı üşün sosiallaşma və təhsildən vacib nə ola bilər ki?! …Aylin əvvəllər özünəqapalı idi, lakin distant təhsildən sonra aktivləşib, dərslərə fəal qoşulur, növbəti günün dərslərini həvəslə hazırlayır”. 

Digər valideyn Esmira Zülfüqarlının sözlərinə görə, oğlu Xəqani 3 ildir ki, distant təhsil alır: “Müəllimlərin bu illər ərzində çəkdiyi əmək danılmazdır. Düşünməzdim ki, oğlumun dərslərində belə irəliləyişlər olacaq. Müəllimlərin oğlumun üstündə çox əməyi var”. 

Valideynlər qeyd edirlər ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin nümayəndələri tez-tez evlərə gedir, görüşlər keçirir və şagirdlərin ümümi fəaliyyətini müzakirə edirlər.

İndi bu uşaqlar həyatdan ikiəlli yapışıblar, çünki onların məqsəd və hədəfləri var. Hədəfinizə çatasınız, əziz balalar. Bu yolda arxanızda böyük bir güc və qüvvə var: o da dövlətimizdir.

Xəbər lenti

5 fevral, 19:18

Samux məktəbində kompleks yoxlamalara başlanıldı - SƏBƏB

5 fevral, 19:00

Təlimdə açıq izahın əhəmiyyəti: Dəyişən yanaşmalar və tələbələrin uğuru 

5 fevral, 18:31

Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat başa çatıb

5 fevral, 18:00

Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 

5 fevral, 17:30

Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib

5 fevral, 17:10

Gənc müəllim: Dərsdə ən zəif şagirdin belə fəal olmasına çalışıram

5 fevral, 17:03

Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək

5 fevral, 16:58

Təhsilin “McDonaldlaşdırılması”: səmərəlilik, yoxsa dəyərlərin itkisi? 

5 fevral, 16:52

Texniki və yumşaq bacarıqlar ilk dəfə keys metodu ilə qiymətləndirilib

5 fevral, 16:37

Təhsil real həyatla əlaqələndirilməlidir - Laura Hinz nümunəsi 

5 fevral, 16:04

Akademik uğurların artması üçün nələrə diqqət yetirilməlidir?    

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:43

Özəl bağçalar davranış pozuntuları olan uşaqları uzaqlaşdırmağı çıxış yolu sayırlar - Mütəxəssis

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəz fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.