Bütün xəbərlər
31 yanvar, 17:09

Xəbər verdiyimiz kimi, bu gün bir qrup gəncə Prezident İlham Əliyev Sərəncamı ilə Prezident mükafatı verilib. 

"Azərbaycan müəllimi" həmin gənclərdən birinin - Nihat Abdullayevin təəssüratını öyrənib.

Nihatın sözlərinə görə, xəbəri böyük sevinc hissi ilə qarşılayıb:

"Prezident tərəfindən belə bir mükafata layiq görülmə böyük qürur hissidir. Dövlət başçısının etimadı, texnologiya, süni intellekt və sahibkarlıq fəaliyyətimizi təqdir etməsi bizi gələcəyə daha da ruhlandırır və ölkəmizi beynəlxalq arenalarda daha yüksək səviyyədə təmsil etməyimizə güc verir. Prezidentə bizə göstərdiyi etimada görə təşəkkür edir, bundan sonra da texnoloji layihələrimiz, hazırda üzərində çalışdığımız süni intellekt əsaslı, ağıllı oyuncaq layihəsi olan “SamSam”la bayrağımızı zirvələrə qaldırmağa tam güclə çalışacağıq”.

Qeyd edək ki, Nihat Abdullayev 2003-cü ildə Cəlilabad rayonunda doğulub. 2009-cu ildə bu rayonun Nizami Gəncəvi adına 1 saylı orta məktəbində 1-ci sinfə gedib. 2015-ci ildən təhsilini Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-məktəb-lisey kompleksində davam etdirib. 2020-ci ildə ADA Universitetinə qəbul olub. Hazırda həmin universitetin 5-cü kursunda təhsil alır. 

Azərbaycanı beynəlxalq texnologiya və startap müsabiqələrində təmsil edərək ölkəmizi qlobal arenada birinci yerə çıxarıb, müxtəlif beynəlxalq çempionatların qalibi olub.

Eyni zamanda, ölkədə ilk süni intellekt üzrə tədqiqat xidmətləri təklif edən "AI HUB"ın həmtəsisçisidir. KAIST Universitetinin “Scalable Computer Vision Lab” laboratoriyasında çalışıb. Bir sıra elmi məqalələrin həmmüəllifi olan Nihat həm də uşaqlar üçün süni intellekt ilə işləyən ağıllı oyuncaq – “Samsam” startap layihəsinin həmtəsisçisi və texnologiya direktorudur.

Şərhlər

Xəbər lenti

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

11 iyul, 11:10

“HTP sayəsində ölkəmizi layiqincə təmsil etməyə çalışdım” – Çində təhsil alan tələbə

11 iyul, 10:49

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.