Bütün xəbərlər
5 fevral, 14:06

Fevralın 4-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycan Gəncləri Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə buraxılması tarixinə həsr olunan “Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı işə başlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, konfransa Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Böyük Britaniya, Fransa, İsrail və Azərbaycandan olmaqla 20-dən çox elm və təhsil müəssisəsi, o cümlədən 13 universitet, 7 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı təşkilatları təmsil edən 150-dən çox iştirakçı qatılıb. 

Əvvəlcə konfrans iştirakçıları “MAA-nın yaradıcı tələbələrinin innovativ layihələri” adlı sərgi ilə tanış olublar. Sonra “Texnoritm Mərkəzi - MAA-nın innovativlik göstəricisi kimi” mövzusunda təqdimat olub.

Konfransı açan MAA-nın birinci prorektoru Ədalət Səmədov MAA-nın rektoru akademik Arif Paşayevin tədbir iştirakçılarına təbrikini çatdırıb.

Qeyd olunub ki, builki “Fevral məruzələri”nə doqquz bölmə üzrə aerokosmik sahənin müxtəlif istiqamətlərinin aktual problemlərinə dair 130-dan çox məruzə təqdim edilib. 

Açılış mərasimində iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın əhəmiyyətini vurğulayıb, aviasiya sahəsində əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir və aviasiya sahəsində aparılan işlər ölkənin siyasətinin göstəricisidir. Dövlətimizin başçısının xüsusilə diqqətdə saxladığı bu sahədə görülən işlərin nəticəsində son 20 ildə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib. Ölkəmizin bu sahədə yeni investisiyalar həyata keçirməyə hazır olduğunu qeyd edən nazir müavini bu sahənin inkişafında gənc kadrların roluna toxunub, bu istiqamətdə MAA-nın fəaliyyətini yüksək qiymətləndirib. 

Plenar iclasda Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri Məsud Əfəndiyev “Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycan elm və təhsilinə inteqrasiyası”, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) direktor müavini Soltan Bayramov "Sənaye 4.0 texnologiyaları və aerokosmik sənaye”, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə təhdid yaradan əməllərin kriminallaşdırılması: beynəlxalq və milli hüquqi yanaşma” mövzularında çıxış ediblər.

Elmi müzakirələrlə yanaşı, konfransın proqramında “İT tədrisinin istehsalatla uyğunlaşması problemləri”, “Tətbiqi optoelektronikanın aktual məsələləri”, “Süni intellektin hüquq elmində tətbiqi” mövzularında "dəyirmi masa"lar, həmçinin “Yaşıl logistika” mövzusunda ustad dərsi, eləcə də “Kainat haqqında düşüncələr” kitabının geniş təqdimatı da nəzərdə tutulub.

Qeyd edək ki, konfransın təşkilatçıları MAA, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”), “Azərbaycan Hava Yolları” QSC və Azərbaycan Mühəndislik Akademiyasıdır.

“Fevral məruzələri 2025” beynəlxalq konfransı fevralın 6-dək davam edəcək.

1 /10

Xəbər lenti

5 fevral, 16:58

Təhsilin McDonaldlaşdırılması: səmərəlilik, yoxsa dəyərlərin itkisi? 

5 fevral, 16:52

Texniki və yumşaq bacarıqlar ilk dəfə keys metodu ilə qiymətləndirilib

5 fevral, 16:37

Təhsil real həyatla əlaqələndirilməlidir - Laura Hinz nümunəsi 

5 fevral, 16:04

Akademik uğurların artması üçün nələrə diqqət yetirilməlidir?    

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:43

Özəl bağçalar davranış pozuntuları olan uşaqları uzaqlaşdırmağı çıxış yolu sayırlar - Mütəxəssis

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəz fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:02

Keçmiş və müasirlik bir arada - Hənifə kənd məktəbində bir gün

5 fevral, 13:56

İdmanda gender ayrı-seçkiliyi yoxdur - Altıqat Azərbaycan çempionu 

5 fevral, 12:47

Eksternat imtahanlarının nəticələri bəlli olub

5 fevral, 11:48

"Azərbaycan məktəbi" jurnalı alim və tədqiqatçıları əməkdaşlığa dəvət edir

5 fevral, 11:30

Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi

5 fevral, 11:25

Fil Bati: Azərbaycan universitetləri öz tədqiqat fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırır

5 fevral, 11:02

Mingəçevir Gənclər Evində uğur və ilham dolu günlər - REPORTAJ

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.