“İbtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası keçirilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, 2024-cü il üzrə TKTA tərəfindən 14 ali təhsil müəssəsində "İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsi keçirilib. Akkreditasiya Şurasının 28 noyabr 2004-cü il tarixli iclasında 3 ali təhsil müəssisəsinin (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu) təkrar akkreditasiyasına dair qərar qəbul olunub:
“Digər 11 proqram üzrə yekun hesabatlar müvafiq Akkreditasiya komissiyaları tərəfindən hazırlanır. Onların növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması nəzərdə tutulur”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)