
“DİM-in bütün işləri çox ciddi şəkildə əvvəlcədən yazılmış alqoritmlər əsasında həyata keçirilir. Hər il keçirilən imtahanların statistikası sonrakı illər üçün təhlil olunur ki, daha rasional işlər aparıla bilək”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə söyləyib.
O qeyd edib ki, imtahan prosesinə kənardan heç bir müdaxilə ola bilməz: “İnsan faktorunun təsirini bu prosesdən kənarlaşdırmışıq. Hətta özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil”.
M.Abbaszadə bildirir ki, imtahanlara düşən testlərin çətin olub-olmaması müəyyən bazalar əsasında yoxlanılır. Testlərin asan və ya çətin olması təhlil bazaları vasitəsilə müəyyənləşdirilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər