Bütün xəbərlər
25 iyun, 10:15

Şəmkir rayonu Kimya-biologiya təmayüllü liseyin biologiya müəllimi Samirə Məsimova sertifikatlaşdırma imtahanında maksimum nəticə göstərib. 

“Azərbaycan müəllimi” 60 bal toplayan müəllimlə həmsöhbət olub. 

“Xüsusi hazırlaşmamışdım”

Samirə müəllim bildirir ki, imtahana xüsusi kurs və ya təlim keçmədən qatılıb: “Təxminən 20 gün özüm metodika və pedaqogikadan hazırlaşdım. Fənnimdən ayrıca çalışmağa ehtiyac duymadım. Çünki özümə güvənirdim. Sualların çətinlik səviyyəsi balanslı idi — asan, orta və bir qədər çətin suallar yer almışdı. Amma ümumilikdə çətinlik çəkmədim”.

Samirə müəllim bu uğura özünəgüvənlə çatdığını vurğulayır: “Bəli, özümdən 60 bal gözləyirdim. Bu nəticəni almaq mənim üçün gözlənilməz olmadı. Düşünürəm ki, müəllim daim özünü tanımalı və imtahana nə dərəcədə hazır olduğunu bilməlidir”.

Onun fikrincə, sertifikatlaşdırmanın müəllimlərin inkişafına çox böyük təsiri var. Çünki bu proses müəllimi öyrənməyə sövq edir: “Hər kəs çalışır ki, daha hazırlıqlı olsun. Əslində, bu da ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir edir”.

“İmtahan yüksək səviyyədə təşkil olunmuşdu”

Samirə müəllimin sertifikatlaşdırma imtahanının təşkilati tərəfləri ilə bağlı fikirləri də müsbətdir: “İmtahan çox rahat keçdi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu, zalda tam sakitlik hökm sürürdü. Müəllimlərin diqqətini heç nə yayındırmırdı”.

“Hədəfim şagirdlərimizin biologiya üzrə daha yüksək nəticələr əldə etməsidir”

Peşəkar uğurlarla kifayətlənməyən, daim irəliyə baxan Samirə Məsimova gələcək hədəflərindən danışır: “Hədəfim odur ki, işlədiyim liseyin şagirdləri biologiya fənni üzrə yarışlarda, Respublika Fənn Olimpiadası (RFO) və Respublika Fənn Müsabiqəsində (RFM) daha yüksək nəticələr əldə etsinlər. Onların uğuru bizim zəhmətimizin ən gözəl bəhrəsidir”.

“Uşaqlara fənni sevdirməyin sirri – münasibət və qarşılıqlı hörmətdir”

Samirə müəllim deyir ki, uşaqlara fənni sevdirməkdə ən mühüm amil müəllim-şagird münasibətidir: “Əgər arada sevgi, hörmət, anlayış varsa, şagird hər mövzuya maraqla yanaşır. Onlarla dil tapmaq, onların dünyasına daxil olmaq əsasdır”.

Samirə müəllim üçün müəllimlik yalnız bir peşə deyil, vicdan işidir: “Təhsilimizdə vicdanla çalışmaq, şagirdlərin nailiyyət səviyyəsini yüksəltmək bir müəllim kimi əsas məqsədimiz olmalıdır. Şagirdlərimin yüksək nailiyyətləri olub və mən inanıram ki, bu, belə də davam edəcək”.

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.