Bütün xəbərlər
24 iyun, 18:14

Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin dördüncü günü baş tutub. Bugünkü imtahanda biologiya və kimya fənn müəllimləri iştirak ediblər.

"Azərbaycan müəllimi" olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə imtahan verən bir neçə müəllimlə həmsöhbət olduq.

Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin biologiya müəllimi Mənsurə Məmmədova imtahanda 59 bal toplayıb. O, imtahan təəssüratlarını bizimlə bölüşdü:



"İxtisasını sevən, fənninin incəliklərini şagirdlərinə aşılamaqdan zövq alan müəllim imtahana hər zaman hazır olmalıdır, bünün üçün əlavə vaxt sərf etməmişəm. İmtahan mühiti çox səmərəli təşkil olunmuşdu, gülərüz personal işini dəqiq icra edirdi. Suallar aydın, doğru tərtib olunmuşdu. Bilik və bacarığı ölçməyə xidmət edirdi. Öncə müəllimlərə tövsiyəm budur ki, sadəcə ixtisas bilik və bacarıqlarına imtahan vermək üçün deyil, hər zaman sinifdə şagirdlərinə doğru istiqamət verə bilmək üçün hazırlaşsınlar. İmtahan olanda da özləri də hiss etmədən hazır olacaqlar və bu zaman həyəcan da olmayacaq. Sertifikasiya tək müəllimlər deyil, təhsilin inkişafı üçün vacib məsələdir, daha səriştəli olan müəllimlər tədrisi daha keyfiyyətli edəcəklər".

“Sualları oxuyub cavabladıqca deyirdim ki, necə gözəl sanballı suallardır”

Ülkər Ağazadə 7 ildir ki, Şirvan şəhər 10 nömrəli tam orta məktəbdə biologiya müəllimi olaraq çalışır:

"İmtahana çox qısa zaman içində hazırlaşmalı oldum və 58 bal topladım. Çünki 1 yaşlı körpə qızım var. Çətin olsa da, hazırlaşmağa çalışırdım. İmtahan prosesi çox gözəl keçdi. Səmimi deyim ki, imtahana nəzarətçi heyətinin gülərüzlüyü, pozitivliyi və müsbət enerjisi mənə çox yaxşı təsir etdi. Hətta nəzarətçimizin ad-soyadını belə soruşdum, çünki çox mədəni, mehriban və gülərüz insan idi. Bildirim ki, suallar həm asan, həm orta, deməzdim çətin, daha dəqiq desəm, çaşdırıcı suallar var idi. Hətta bəzi sualları oxuyub cavabladıqca deyirdim ki, necə gözəl sanballı suallardır. İmtahan verəcək müəllimlərə sözüm odur ki, diqqətli olsunlar və həyəcanı kənara qoymağa çalışsınlar və ən əsası vaxta nəzarət etsinlər. Sualları tam axıra qədər oxusunlar.  Sertifikasiya imtahanı çox əhəmiyyətli və vacibdir. Əlbəttə ki, Azərbaycan müəllimi daim öz üzərində çalışır. Amma bu imtahan müəllimlərimizi öz üzərlərində daha da işləməyə təşviq edir.

“Sertifikasiya özümüzü inkişaf etdirməyə kömək olur”

Aytac Muxtarova Hacıqabul rayonu Sabir Gülmalıyev adına Birinci Udullu kənd tam orta ümumtəhsil məktəbinin biologiya müəllimidir. 4 ildir ki, bu fənni tədris edir. O, da imtahanla bağlı təəssüratlarını bizimlə paylaşır:

"Mən Bakıda yaşayıram və həftənin 4 günü Udullu məktəbində 2 növbə işə gedib- gəlirdim. Sözün düzü, çox hazırlaşmağa vaxtım olmurdu. Kurikulumdan əlavə hazırlığa qoşulmuşdum. Dərslər bitdikdən sonra son 10 günü sistemli şəkildə hazırlaşa bildim. İmtahan çox şəffaf təşkil olunmuşdu. Nəzarətçilərin münasibəti çox yaxşı idi. Suallara gəldikdə isə çərçivə sənədinə və dərsliklərə uyğun hazırlanmışdı. Asan, orta və çətin səviyyəli suallar var idi. İmtahan verəcək müəllimlərə soyuqqanlı olmağı, həyəcanı nəzarət etməyi tövsiyə edirəm və uğurlar arzulayıram. Düşünürəm ki, sertifikasiya bizə daim üzərimizdə işləyib özümüzü inkişaf etdirməyə kömək olur".
Qeyd edək ki, bu gün təşkil olunan test imtahanında Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan 4 mərkəzdə ümumilikdə 363 nəfər müəllim iştirak edib.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.